01:09 çərşənbə, 17 Yanvar 2018
SOSİAL

Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

11:22, 12.10.20177416
Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində  ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

 

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

///lent.az
0
XƏBƏR LENTİ