08:54 Bazar Ertəsi, 28 May 2018
SİYASƏT

Hacıbala Abutalıbov mer postundan gedir- Sürpriz təyinat gözlənilir

00:18, 21.04.201816329
Hacıbala Abutalıbov mer postundan gedir- Sürpriz təyinat gözlənilir
11 aprel seçkilərindən sonra gözlənildiyi kimi, dövlət idarəetmə mexanizminin yenidən qurulmasına başlanılır.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu islahatlar nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da postu ilə vidalaşacaq. Məlumata görə, Hacıbala Abutalıbov bu gün icra hakimiyyətinin işçilərinə bu haqda məlumat verib və onlarla sağollaşıb.

Onun yeni təyin olunacaq baş nazirin müavini olacağı deyilir. 

Qeyd edək ki, aprelin 21-də Milli Məclisdə baş nazir təyinatı gerçəkləşdikdən sonra hökumətin sürpriz adların yer aldığı yeni tərkibi bəyan ediləcək.

Xatırladaq ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
XƏBƏR LENTİ