01:41 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

11:13, 23.08.20191530
Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, mikroavtobusun qəzaya düşməsi səbəbilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı). 

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. 

Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.
XƏBƏR LENTİ