17:40 çərşənbə Axşamı, 23 Oktyabr 2018
DÜNYA

Hakim boşadığı qadınla öpüşərkən yaxalandı - BIÇAQLANDI

12:40, 12.11.201711852
Hakim boşadığı qadınla öpüşərkən yaxalandı - BIÇAQLANDI

Türkiyənin Kayseri şəhərində maraqlı hadisə baş verib.

5-ci Ailə Məhkəməsinə müraciət edən əcnəbi vətəndaş A.Ç həyat yoldaşından boşanmaqla bağlı tələb irəli sürüb. Hakim V.Ö qadının tələbini təmin edib və əri E.Ç-nın ona 6 ay müddətinə yaxınlaşmaması ilə bağlı qərar qəbul edib. Bundan sonra hakimlə qadın arasında isti münasibətlər yaranıb və onlar "WhatsApp” proqramı vasitəsi ilə danışmağa, bir-birinə fotolar göndərməyə başlayıblar. Oktyabrın 31-də isə hakim V.Ö-nün sədrliyi ilə keçirilən iclasda boşanma qərarı rəsmiləşib. Bundan sonra hakimlə boşanan qadın Kayseridəki restoranlardan birində görüşüb. Daha sonra parkda gəzintiyə çıxan cütlüyün öpüşdüyünü görən qadının keçmiş əri E.Ç isə onlara hücum edib. O, hakimi bıçaqlayıb.

 

Xəstəxanaya düşən hakim baş verənləri gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Türkiyə Ədliyyə Nazirliyinin qərarı ilə işdən çıxarılan hakim daha ucqar bölgə olan Diyarbəkirə göndərilib.

///lent.az

XƏBƏR LENTİ