04:27 Bazar Ertəsi, 19 Noyabr 2018
SAĞLAMLIQ

Halsızlıq, yorğunluq, tənbəllik... – Sizdə bu əlamətlər varsa...

17:49, 29.10.20183518
Halsızlıq, yorğunluq, tənbəllik... – Sizdə bu əlamətlər varsa...

"Unutmaq lazım deyil ki, xroniki yorğunluq sindromu müxtəlif səbəblərdən qaynaqlanır. Bu xəstəliyi müalicə etmək üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır”.

 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ölkəmizin tanınmış endokrinoloqu Dr. Ayşən Xəlilova söyləyib.

Onun sözlərinə görə, xroniki yorğunluq sindromuna əsasən qadınlar arasında rast gəlinir:
 
"Xronik yorğunluq sindromu fiziki, zehni və duyğusal əlamətlərə sahib olan bir xəstəlikdir. Halsızlıq, yorğunluq, tənbəllik, işdən soyuma, depressiv hallarla xarakterikdir. Əgər sizdə 6 aydan uzun sürən əzələ, oynaq ağrıları, konsentrariya pozğunluğu və ürəkbulanması varsa, bəlkələrə güvənmək lazım deyil. Mütləq şəkildə həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək zəruridir”.

Dr. Ayşən Xəlilova qeyd edir ki, xroniki yorğunluq bir çox endokrin xəstəliklərin əsas əlaməti ola bilər:

 

"Bu sırada qalxanvari vəzi xəstəlikləri (hipotireoz, hipertireoz, haşimoto), D vitamin çatışmamazlığı, adisson, insulin dirənci, metobolik sindrom, cinsi hormonlardakı pozğunluqlar, qanazlığı və digər xəstəlikləri misal göstərmək olar. Bütün hallarda səbəb dərindən araşdırılmalıdır”.
 
Xatırladaq ki, Dr. Ayşən Xəlilova Türkiyə və Rusiyada ixtisaslaşıb və ölkəmizin ən peşəkar endokrinoloqlarındandır. Hazırda "MedEra” Hospitalda çalışan Dr. Ayşən Xəlilova həmiçinin peşəkar dietoloqdur və ən müasir Avropa protokollarını Azərbaycanda tətbiq edir.

 

Instagram : @endokrinoloq_ayshan_khalilova

Əlaqə nömrəsi : +994 50 665 22 15

Ünvan: MedEra hospital (Əcəmi Naxçıvanı 53)

XƏBƏR LENTİ