20:53 çərşənbə Axşamı, 25 Sentyabr 2018
SOSİAL

“Hamilə aparırdım” – Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü – VİDEO

22:27, 12.07.20189103
“Hamilə aparırdım” – Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü – VİDEO
Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 34 yaşlı Tural Xasayev, tibb bacısı 42 yaşlı Yeganə Əliyeva və təcili yardım maşınındakı xəstənin qohumu, 52 yaşlı Sevda Məmmədova xəsarət alıblar. 

Tural Xasayev - Təcili tibbi yardım maşınının sürücüsü: "Hamilə aparırdım, təcili doğuş idi. Tovuz xəstəxanasına aparırdıq. Gedəndə "07” çıxdı qabağıma. Serena ilə idim. Sonra geri qayıtdı. Dəydim "Mercedes”ə, çəkdim qırağa işıq stolbasına dəydim”.
 

XƏBƏR LENTİ