05:15 çərşənbə Axşamı, 19 Iyun 2018
SOSİAL

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

13:15, 12.01.20183500
Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

XƏBƏR LENTİ