04:48 Bazar Günü, 26 Yanvar 2020
İDMAN

Hazard bu türk klubunun formasını geyinəcək - ÖZÜ AÇIQLADI

17:25, 17.07.20192217
Hazard bu türk klubunun formasını geyinəcək - ÖZÜ AÇIQLADI
"Bir gün "Fənərbaxça"da oynayacağam".

Bunu "Çelsi"dən "Real Madrid"ə transfer olan belçikalı futbol ulduzu Eden Hazard "Fənərbaxça"nın sabiq meneceri Hasan Çetinkayaya deyib.

Çetinkaya Hazardla bağlı İHA agentliyinə açıqlama verib: "Hazard köhnə dostumdur. 15-16 yaşımdan bəri onu tanıyıram. O zaman "Lille"də oynayırdı. "Fənərbaxça"ya qarşı müdhiş rəğbəti var. Mənə də söz verib. "Bir gün "Fənərbaxça"da oynayacam" deyib. Nə zaman olacağını bilə bilmərik. Bizim söhbət etdiyimiz dövrlərdə Hazard, Qervinyo və Sov var idi. Oradan sadəcə Sovu ala bildik. Hazard fərqli səviyyəyə keçdi. Avropanın ən yaxşı klublarından təklif aldı. Könül istərdi ki, o zaman "Fənər"ə gəlsin. Baxaq görək, zaman göstərəcək. Bir gün "Fənərbaxça" forması geyinəcək Hazard".
 
///Publika.az

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ