04:51 çərşənbə Axşamı, 25 Sentyabr 2018
TOP4

"Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib" - Ərdoğan

19:20, 24.06.20184571
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səs verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, Türkiyə prezidenti səsverməyə İstanbulun Üsküdar rayonunda yerləşən məktəblərdən birindəki seçki məntəqəsində qatılıb.

Onunla yanaşı həyat yoldaşı Əminə Ərdoğan və kürəkəni - Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da səs verib.

Ərdoğan səsvermə zamanı bildirib ki, Türkiyə bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri sayəsində demokratik inqilab edir:

"Bu seçkilər əhəmiyyətli bir xüsusiyyətə malikdir. Türkiyə onların sayəsində əməli olaraq demokratik bir inqilab edir".

Dövlət başçısı həmçinin bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, "hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib".
XƏBƏR LENTİ