06:43 Cümə, 15 Dekabr 2017
SOSİAL

Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...»

16:09, 22.09.2017191
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...»

Həbsdə olan general, MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyevin mühakiməsi sentyabrın 22-də davam etdirilib. Adları çəkilən MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Məhkəmədən bildirilib ki, media nümayəndələrinin iştirakına qadağa qoyulub. Amma konkret səbəb göstərilməyib.

AzadlıqRadiosuna verilən məlumata görə, bugünkü məhkəmədə iş üzrə şahid qismində tanınmış generallar dindiriləcək. Onların bir neçəsi həbsdədir.

E.Quliyev özü də məhkəməsində yaşanan olayların, verilən ifadələrin yayılmasını istəmir. O, ötən məhkəmədə belə deyib: «Burada jurnalistlər yoxdursa, sözümü deyim».

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq telefon danışıqlarının dinlənilməsi və başqa əməllərdə suçlanır.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi

0
XƏBƏR LENTİ