20:34 Bazar Ertəsi, 17 Iyun 2019
KRİMİNAL

Həbsdən çıxan kişi qaçırdığı qıza zülm etdi... - Şamaxıda şok olay

20:17, 23.05.20194779
Həbsdən çıxan kişi qaçırdığı qıza zülm etdi... - Şamaxıda şok olay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Əsədov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Şamaxı rayonunun Meysəri kəndində kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

XƏBƏR LENTİ