17:14 çərşənbə, 14 Noyabr 2018
Maqazin

Həbsxana həyatı yaşayan məşhurlarımız - Siyahı

15:42, 03.07.20186785
Həbsxana həyatı yaşayan məşhurlarımız - Siyahı
Yerli məşhurlardan bəziləri sənətləri ilə yanaşı, həbs xəbərləri ilə də yadda qalıblar.

AZXEBER.COM Axşam.az-a istinadən həbsxana həyatı yaşayan tanınmışlarımızın siyahısını təqdim edir:

Rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay həbsxanada yatıb. O, Mariana Turabova adlı xanıma 150 min manat borcu olduğu üçün həbs edilib. 

 



Müğənni Fədayə Laçın ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Hazırda həbsxanada olan sənətçinin istintaq işi davam edir. 



Mərhum meyxanaçı Bayram Kürdəxanlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib.


Müğənni Samir Cavadzadə yolu polis idarəsindən keçən məşhurlardandır. O, 2011-ci ildə dostu Elvin Hüseynovu bıçaqladığına görə nəzarətə alınıb. Günahı təsdiqlənsə də, Samir həbsxanada yatmayıb.



Mərhum reper Hüseyn Dərya narkotik vasitədən istifadə etdiyinə görə bir neçə dəfə həbs edilib. 

 

Müğənni Cəmilənin də adı cinayət işində hallanıb. İfaçının keçmiş qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və bu yolla dələduzluq edib.

 

Müğənni Tunar Rəhmanoğlu 2013-cü ildə avtoxuliqanlıq edib və polisin qanunlarına məhəl qoymadığına görə 10 sutka həbsdə yatıb və bir illik sürücülük vəsiqəsindən məhrum edilib. 

 

Müğənni Maral Tahirqızı isə əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə maddəsi ilə həbs olunub.

 


Reper Elşad Xose də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir müddət həbsxanada qalıb. Elşad eyni zamanda bu yaxınlarda keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməkdə günahlandırılıb və qarşı tərəf onu polisə şikayət edib.
 

 


XƏBƏR LENTİ