18:57 Cümə Axşamı, 14 Dekabr 2017
TOP4

“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda

12:51, 20.11.20173943
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda
Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-a danışan sevimli aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib:

"Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından bura səsim batıb, heç nə kömək etmir”.

Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib:

"Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.

Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.
0
XƏBƏR LENTİ