08:05 çərşənbə, 19 Sentyabr 2018
MARAQLI

Həftədə azı bir dəfə bunu etməyin - Yaşı 40-dan yuxarı olanlara məsləhət

23:50, 13.09.20183185
Həftədə azı bir dəfə bunu etməyin - Yaşı 40-dan yuxarı olanlara məsləhət
45-65 yaş qrupundakı insanlar həftədə azı bir dəfə spirtli içki içməməlidirlər, Drink Free Days ("Alkoqolsuz günlər") kampaniyasının fəalları məsləhət görür.Kampaniya Britaniyanın Səhiyyə Xidməti və alkoqolizm təhlükəsi barədə məlumat yayan Drinkaware xeyriyyə təşkilatı ilə birgə həyata keçirilir.

İngiltərədəki müxtəlif yaşda olan 9 min respondentin iştirak etdiyi sorğu nəticəsində müəyyən olunub ki, 45-65 yaş qrupundan hər 5 respondentdən biri həftədə icazə verilən maksimum dozadan 14 doza çox alkoqol qəbul edir.

Həkimlərin sözlərinə görə, "alkoqolsuz günlər" yuxusuzluq problemini həll etməyə, arıqlamağa və yüksək qan təzyiqi və xərçəng riskini azaltmağa kömək edəcək.
"Həftədə alkoqolsuz hətta bir gün belə orqanizmə təmizlənmək, qaraciyərə isə istirahət etmək şansı verir," - Public Health England təşkilatından doktor Julia Verne deyib.

Sorğu nəticəsində müəyyən olunub ki, spirtli içki içməyi tamamilə tərgitməkdənsə, böyük alkoqol dozalarından daha xırda dozalara keçmək insanlar üçün daha asandır.
///milli.az
XƏBƏR LENTİ