Həkimlərə maaşdan əlavə pul mükafatı veriləcək - Kim nə qədər alacaq?

13 Mart 2017, 10:28
AAA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov azvision.az-ın suallarını cavablandırıb.

AZXEBER.COM sözügedən müsahibəni təqdim edir:

- İlin əvvəlindən iki rayon və şəhərdə pilot layihə tətbiqinə başlanıldı. Bu müddət ərzində görülən işləri necə qiymətləndirirsiniz?

- Pilot ərazilərdəki vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığortadan fəal istifadə edirlər. Bildiyiniz kimi, Prezidentin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın 1829 tibbi xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər. 

- İndiyədək neçə nəfər müayinələrdən keçib? Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqindən sonra bu xidmətdən istifadə etmək üçün müraciətlər daxil olurmu?

- Agentlik pilot ərazilərdə icbari tibbi sığortadan istifadə edənlərin qeydiyyatını aparır. Qeydiyyatın aparılması bizə əhalinin daha çox hansı tibbi xidmətlərdən yararlandığını təhlil etməyə imkan verəcək. Hazırda pilot ərazilər üzrə statistik məlumatlar toplanılır, təhlil edilir. Agentlik bununla bağlı rüblük məlumatları açıqlayacaq.

İlkin müşahidələr göstərir ki, əhali icbari tibbi sığortanın tətbiqindən məlumatlıdır və çox fəal şəkildə baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edir.

- Bizdə olan məlumata görə, onlarla insan pulsuz əməliyyat olunub. 

- Pilot ərazilərdə rəsmi qeydiyyatda olan 340 vətəndaş əməliyyat olunub, bunlardan 20-si həyati vacib, dəyəri yüksək əməliyyatlar kateqoriyasına aiddir. Agentlik stasionarda müalicə alanları dərmanla təmin edir.

- Müayinələr zamanı narazı qalan və Agentliyə şikayət edən vətəndaşlar olubmu? 

- Bəzən vətəndaşlar özlərini narahat hiss edəndə, məsələn, USM müayinəsindən keçmək istəyirlər və yaxud MRT, KT kimi müayinələrdən keçməyin zəruriliyini vurğulayırlar. Xəstə istəyir ki, bütün müayinələrdən sonra həkimin qəbulunda olsun. Halbuki xəstənin belə çoxsaylı müayinələri etdirməyə bəzən ehtiyac olmur. Onsuz da həkim diaqnozu qoymaq üçün xəstəni müayinələrə yönəldir. Xəstənin öncədən bu kimi tələblər irəli sürməsi tibb müəssisəsinin resurslarını lazımsız sərf etməsinə səbəb olur. Dünya praktikasında qəbul edilmiş qayda belədir ki, həkim xəstənin şikayətinə əsasən belə müayinələr təyin edə bilər.

Agentliyin hədəfi odur ki, xəstəliklər erkən mərhələdə aşkar edilsin və onların daha ağır mərhələyə keçidinin qarşısı alınsın. Bunun üçün vətəndaşların poliklinikaların xidmətlərindən istifadə etməsi, ailə həkimləri ilə sıx təmasda olması vacibdir. Əhalinin poliklinikalara və ailə həkimliyi institutuna inamının artırılması üçün addımlar atılır. Bu müəssisələr daha güclü və peşəkar həkimlərlə, lazımi avadanlıqlarla təmin olacaq.

-Hazırda həkimlərin maaşı nə qədərdir? Onları qane edirmir? 

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi" Qaydalarını təsdiq edib. Belə ki, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi. 

Baza hissəsi üzrə həkimlərin əmək haqları artırılıb. Belə ki, Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb.

Konkret nümunə təqdim edək. Tutalım, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən, 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat olacaq.

Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əmək haqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.

Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir. 

Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlər üçün normativ müəyyən edilməyib.

Terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən, həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasiyentdən yuxarı olmamaq şərtilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat veriləcək. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.

Konkret nümunə üzərində dayanaq. Tutalım, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanacaq: 590 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 413 manat qalır. 413 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 82 manat 60 qəpik edir. 

Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat veriləcək.

Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alacaq.

- Məsələn, həkimin xəstəsi olmadı və o, aylarla bonus maaşı ala bilmədi. Bu halda Agentlik həmin həkimi işdən azad edəcək?

- İki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini təhlil ediləcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əmək haqqı ödəniləcək, yəni onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcək.

Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət faktorunun mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur.

- Pilot rayonlarda xəstəxanalar agentliyin tabeçiliyindədir. Xəstəxanaların maddi-texniki bazarı sizi qane edirmi? 

- Agentliyin tabeçiliyində olan tibb müəssisələrinin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzindədir. Sığortaolunanlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə agentlik planlı şəkildə mütəmadi olaraq, təlimlər təşkil edəcək. Vaxtaşırı respublikanın tibb müəssisələrindəki ixtisaslaşmış həkimlər pilot ərazilərdəki xəstəxanalara ezam ediləcək. Xarici ölkələrdən, xüsusilə Türkiyədən dəvət edilmiş mütəxəssislərin təlimlərdə iştirak edəcəyi nəzərdə tutulub.

- Təcili və təxirəsalınmaz tibbi yardımın maliyyələşməsi necə həyata keçiriləcək?

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TTTY xidməti üzrə hər çağırışa görə tibb müəssisələrinə sığorta ödənişi edəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə bilərlər. Hər çağırışa görə ödənişi isə Agentlik edəcək.


Oxunma sayı : 3294

SON XƏBƏRLƏR
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldılar - 25 Sentyabr 2017, 15:21
BP-nin Bakıdakı baş ofisində tüstülənmə - bütün işçilər təxliyyə olundu - 25 Sentyabr 2017, 15:01
Səbinə "Son dəfə" oxudu - VİDEO - 25 Sentyabr 2017, 14:52
Bakıda 100-dən çox gey niyə həbs olunub? - DİN açıqladı - 25 Sentyabr 2017, 14:40
Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar – Cəlilabadda özbaşınalıq (VİDEO) - 25 Sentyabr 2017, 14:38
Meyxanaçı Namiq Mənaya vəzifə verildi - 25 Sentyabr 2017, 14:37
“Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu - 25 Sentyabr 2017, 14:17
Ərinin ağız qoxusuna dözə bilməyən qadından qəribə hərəkət - 25 Sentyabr 2017, 14:04
"İllərimizi aldız, aldadıldıq, istismar olunduq" - Əli Kərimlinin ən yaxın adamı - 25 Sentyabr 2017, 14:04
"Qəbələ"də nə baş verir? Futbolçular meydana dava etdi - VİDEO - 25 Sentyabr 2017, 14:00
“Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim” - Elza Seyidcahan - 25 Sentyabr 2017, 13:52
Gəncədə dəhşətli hadisə - Qadın ərinin gözü qarşısında can verdi - 25 Sentyabr 2017, 13:49
“AAAF Park”la bağlı qalmaqala - Nazirlikdən reaksiya - 25 Sentyabr 2017, 13:47
Məleykə Əsədova: "Evdə yemək bişirmirəm, yemək iyi gələndə qapını bağlayıram" - 25 Sentyabr 2017, 13:38
Narkotik oğurlayarkən güllələndi - Yevlaxda silahlı insident - 25 Sentyabr 2017, 13:33
Azərbaycanda ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - 25 Sentyabr 2017, 13:24
Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı - 25 Sentyabr 2017, 13:16
Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilmədi - 25 Sentyabr 2017, 13:10
Temperatur aşağı düşəcək - Yağış yağacaq - 25 Sentyabr 2017, 12:50
Azərbaycanda narkomanlar həbs edilməyəcək - Yeni qanun - 25 Sentyabr 2017, 12:44
Azərbaycan ərasizində erməni radiosu yayımlanır - VİDEO - 25 Sentyabr 2017, 12:40
Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışdı - 25 Sentyabr 2017, 12:27
6 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi - VİDEO - 25 Sentyabr 2017, 12:17
5 saylı Kliniki Xəstəxanasının baş həkimi vəfat etdi - 25 Sentyabr 2017, 12:05
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO - 25 Sentyabr 2017, 11:50
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - EVDƏ PULSUZ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10