14:31 Cümə Axşamı, 16 Avqust 2018
SOSİAL

Hər 3 alpinistin meyiti tapıldı

20:04, 16.05.201815414
Hər 3 alpinistin meyiti tapıldı

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.
 
FHN-dən AZXEBER.CON verilən xəbərə görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.

 

Alpinistlərə aid digər əşyalar aşkar edilib.
 
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

XƏBƏR LENTİ