04:53 çərşənbə, 25 Aprel 2018
SAĞLAMLIQ

“Həyat Fondu” 8 yaşlı Fatiməyə yenidən həyat verdi - VİDEO

14:31, 14.12.2017524
“Həyat Fondu” 8 yaşlı Fatiməyə yenidən həyat verdi - VİDEO

"Həyat Fondu” ağır xəstəlikdən əziyyət çəkən soydaşlarımıza həyat verməkdə davam edir. Bu dəfə fondun təşəbbüsü ilə balaca Fatimənin imdadına yetişən oldu.

AZXEBER.COM xəbər verir ki, həkimlər balaca qızcığazın həyatda qalması üçün qısa zamanda əməliyyat olunmasının zəruri olduğunu demişdi. Bu üzdən tələsmək gərək idi. Çarəsiz vəziyyətdə qalan imkansız ailə üzünü xeyirxah insanlara tutaraq yardım istədi.

Sağlam uşaq qəflətən özünü pis hiss edib və valideyinləri Fatiməni xəstəxanaya aparıblar. Həkim müayinəsindən sonra müəyyən olub ki, 8 yaşlı qızın ürəyində qüsur var və o, 24 saat ərzində əməliyyat olunmazsa həyatını itirə bilər. "Həyat Fondu” Fatimənin valideyinlərinin harayına tələsərək dərhal onun yerləşdirildiyi xəstəxanaya yollandı.

"Həyat Fondu”nun təşəbbüsü ilə Fatimənin valideynlərinin harayına qısa zamanda yetişənlər tapıldı. Belə ki, "Heydər Əliyev Fondu” və şəxsən Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva çox çətin vəziyyətdə olan Fatimənin müalicəsini öz üzərinə götürdü.Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunan balaca, sağlam həyata qaytarıldı. Artıq bu ailə üçün bütün çətinliklər keçmişdə qaldı.

Fatimənin anası müəllimə, atası isə zavodda fəhlə kimi çalışır. Xətai rayonunda kiçik mənzildə yaşayan ailənin 5 nəfər üzvü var. Fatimənin yaxşı əl qabiliyyəti də var, gözəl rəsmlər çəkir. Lakin gələcəkdə anası kimi müəllimə olmaq istəyir. Bundan sonra Fatimə hələ 6 ay həkim nəzarətində olmalıdır. Ağır əməliyyatdan çıxan məktəbli qız hələ bir müddət evdə qalmalıdır.

Ailəsi onun sağalacağına son anadək inana bilmirdi. Sanki Allahdan bir möcüzə gözləyirdilər və  bu  möcüzə baş verdi.Bu çətin sınaqdan üzü ağ çıxmaq elə də asan olmadı. Lakin tale xeyirxah insanların sayəsində onların üzünə güldü. Heydər Əliyev Fondunun köməyi ilə sağlamlığına qovuşan 8 yaşlı Fatiməni həkimlər yenidən ayaq üstünə qaldırdılar.

Siz də yardım gözləyənlərə dəstək ola bilərsiniz. 999 nömrəsinə zəng etmək və ya bircə sms göndərməklə gözü yolda olanlara yardım əli uzada bilərik.

Həyat varsa, yaşatmağa dəyər.

0
XƏBƏR LENTİ