18:59 Cümə Axşamı, 14 Dekabr 2017
SİYASƏT

“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat

14:03, 21.11.2017146
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat

Millət vəkili İqbal Məmmədovun müsahibəsini təqdim edirik

- İqbal müəllim, ilk öncə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi haqda danışaq. Bildiyim qədər yubiley tədbiri Lerikdə də çox yüksək təntənə ilə keçirilib.

- Tamamilə doğrudur. TədbirLerik rayon Mədəniyyət mərkəzində keçirildivə həqiqətən olduqca təmtəraqlıbir mərasimalındı. Başqa cür ola da bilməzdi. Çünki millətimiz, xalqımız çox gözəl bilir ki, Azərbaycanın ən çətin anlarda xilası, bu günki rifahı, mövcudluğu, inkişafı birbaşa YAP-ın və onun qurucusu olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yaranmasaydı, ümummilli lider bu şərəfli missiyanı, yükü həmin vaxt öz üzərinə götürməsəydi Azərbaycanın ümumən, geniş anlamdavarlığı belə təhlükə altında qalacaqdı.Heydər Əliyev parlamentdəki məşhur çıxışında da qeyd edirdi ki, bu tarixiyükdənxalqımın naminə, xalqımı sevdiyim üçünimtina etmədim və bundan sonra nə ömrüm qalıbsahəmin ömür dəhər zaman olduğu kimi yenəAzərbaycanxalqına həsr olunacaq.Ulu Öndər bu sözləri dedi və dediyinidəetdi. Yaşatdı Azərbaycanı. Qorudu Azərbaycanı. Bilirsiniz,öz timsalımda deyirəm:insanyaşa dolduqca dərinmətləbləri,həqiqətləri daha gözəl anlayır. Onda da anlayırdıq, amma bir yerə qədər. İndiki kimi deyil.İllər keçdikcəHeydər Əliyevin həmin vaxtlar nə əziyyətlər çəkdiyini, hansı gərginliklər, yuxusuz gecələr hesabına Azərbaycanımızı ayaq üstdə saxladığının fərqinə varırsan.Allah Ulu Öndərimizəqəni-qənirəhmət eləsin. Nə yaxşı xalqımızın içindən belə bir lider çıxdı, o da bizə müasir Azərbaycanı, "Yeni Azərbaycan” adında partiyanı bəxş elədi. 25 il yaxın keçmişdi. Amma həm də şərəfli bir yolu özündə ehtiva edən müddətdir. Biz də yaşlaşırıq artıq. Amma çox şükürlər olsun ki, YAP-ın mahiyyətini, gücünü, sanbalını dərk edən böyük bir gənclik ordusu yetişir, onlar ürəklə, şövqlə, sevinclə, ümidlə bu partiyanın sıralarına qoşulurlar. Yeni Azərbaycan Partiyası keçmişin, bu günün və gələcəyin partiyasıdır,əzəmətli bir partiyadır,Azərbaycançılıq ideyasından doğan partiyadır. Bu gözəl gün, 25 illik yubiley münasibətilə medianın imkanlarından istifadə etməklə bir daha xalqımızı vəpartiyadaşlarımı təbrik edirəm.

- Dünən Prezidentin sərəncamı ilə bəzi partiyadaşlarınız təltif olundu. Onlara ünvanlanacaq bir sözünüz varmı?

- Əlbət ki, var. Hamısını təbrik edirəm. Hər biri mənim əzizlərim və doğmalarımdır. Bilirsiniz, YAP həm də birlik,doğmalıq etalonudur, nümunəsidir.Biz bir-birimizin uğurlarına sevinə-sevinə böyüyürük, ucalırıq,möhkəmlənirik.Dəyərli həmkarım Siyavuş müəllim də, sərəncamda adları keçən digər partiya üzvləri də o gözəl təltifləri, adları haqq ediblər. Heydər Əliyev siyasətini, ideyalarınıdavam etdirməkbizim üçünləyaqət işidir. Cənab prezidentə də sonsuz təşəkkürlərimi bildirirəm ki, bu partiyanın qurulmasında, möhkəmlənməsində əməyi və zəhməti olan insanların fəaliyyətini bu şəkildə dəyərləndirib və onları təltifedib. Bir daha bu münasibətlə fərəh hissimi və təbriklərimi bölüşürəm.

- Azərbaycanın beynəlxalq aləmdə, qlobal siyasətdə bugünki rolunu necə görürsünüz?

- Cənab prezident hər zaman balanslı siyasətin tərəfdarı olub. Təbii, söhbət beynəlxalq yönümdən gedir. Ermənistan istisna olmaqla bütün qonşularımızla gözəl münasibətlər qurulub. Ermənistanla da bağlı məsələ aydındır. Çünki torpaqlarımızı işqal edib, BMT-nin qətnamələrinə əməl etmir, öz naqis siyasətinə haqq qazandırmağa çalışır. Eyni zamanda bu siyasətlə özünü Qafqaz regionundakı, Avropa miqyasındakı böyük layihələrdən təcrid edib. Beynəlxalq hüququn prinsiplərinə əməl etmədikcə də bu vəziyyət beləcə qalacaq. Amma görün, Azərbaycanımızın nə qədər böyük uğurları var. Elə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini götürək. Ən yaxın günlərin hadisəsi olduğu üçün. Bütün dünya mediasının manşetləri bu hadisədən yazdı. Ya da olsun Avropa oyunları, İslam həmrəyliyi oyunları, "Evrovizion” tədbiri. Səsi-sədası hər yerə yayıldı. Bilirsiniz, siyasət elə ancaq siyasi təmayüldən, siyasi gedişatlardan, diplomatiyadan ibarət deyil. İdman da, mədəniyyət də özü özlüyündə siyasətdir. Yəni dediyim odur ki, Azərbaycan kompleks siyasət yürüdür və bütün sahələr üzərindən Avropaya, dünyaya pəncərələr açır. Ona görə beynəlxalqnüfuzumuz, adımız həmişə üst pillələrdədir.

- İqbal müəllim, qarşıdan prezident seçkiləri gəlir. Siyasi meydanda YAP-a rəqib olacaq partiya, siyasi gücgörürsünüzmü?

- Qətiyyətlə deyirəm ki, xeyr! Görmürəm. Siz indi bunu məndən millət vəkili, ölkə iqtidarına, onun rəhbərinə simpatiyası olan biri kimi soruşursunuz. Amma inanın, sadə xalq, sadə vətəndaş da eynən mənim kimi düşünür. Bu ölkəninistənilən məkanına, istənilən rayonuna, bölgəsinə, zonasınagedin, sorğu aparın, heç deməyin jurnalistsiz, sadəcə münasibətöyrənin. Hamı mən deyəni, İlham Əliyevə güvəndiyinideyəcək. Cənab prezident rəhbər olduğu gündən etibarən bu xalqın, bu millətin qeydinəqalıb, onu göz görəsi uğurlara aparıb, ən əsası da bu dövləti Qafqazın ən güclüsü, Avropanın, dünyanın isə ən güclülərindən biri edib. Belə bir insanın, onun rəhbərlik etdiyi partiyanın alternativi, rəqibiola bilərmi? Yox, məncə.Ola bilməz. Yeni Azərbaycan Partiyası müxalifət partiyaları kimi seçkidən-seçkiyə deyil, hər saat, hər gün, hər ay, hər ilişləyən, çalışan partiyadır. Yeni Azərbaycan Partiyası müxalif partiyalardan fərqli olaraq ideoloji əsaslar üzərində qurulub. Yeni Azərbaycan Partiyası bəzi radikal iddiaçılardan fərqli olaraq gücünü kənardan deyil, öz xalqından alır, öz xalqının səsinə güvənir. Ona görə də davamlı qalib olur. 2018-ci il seçkilərində də belə olacaq. İlham Əliyev bu millətin, bu xalqın nicatıdır. O qalib partiyanın qalib lideridir və Azərbaycanıbundan sonra da öz rəhbərliyi ilədahaböyük uğurlaradoğruaparacaq.

0
XƏBƏR LENTİ