08:15 Bazar Ertəsi, 25 Iyun 2018
MƏDƏNİYYƏT

Heydər Əliyev Sarayından yenilik: Mobil tətbiq

13:55, 26.04.2017816
Heydər Əliyev Sarayından yenilik: Mobil tətbiq
Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqini istifadəyə verib.
 
AZXEBER.COM xəbər verir ki, əsas məqsədi IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılarımıza beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.
 
IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.
 
Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində Sarayda keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər.
 
İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının Facebook, İnstagram, Youtube səhifələrini və Sarayın saytını izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.
XƏBƏR LENTİ