Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilib

11 May 2017, 23:05
AAA

 

10 may 2017–ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir.

İlk öncə konfrans iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi–praktiki konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışdı. Rektor vurğuladı ki, bu gün konfransda respublikanın müxtəlif ali məktəblərindən və elmi müəssisələrindən, həmçinin xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edirlər.

Daha sonra çıxış edən Türkiyə Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldız Odlar Yurdu Universiteti haqqında öz təəssüratlarını bölüşüb. universitet ilə yaxından tanış olduğunu, bu müəssisənin yüksək potensiallı kadrlar yetişdirdiyini və tələbələrə göstərilən diqqət və qayğının çox yüksək səviyyədə olduğunu vurğuladı. Qardaş ölkədə keçirilən konfransın əhəmiyətindən danışan qonaq Azərbaycan–Türkiyə münasibətlərindən bəhs etdi və əlaqələrin hazırkı vəziyyətindən razılığını bildirdi.O cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat–qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi xalqın müstəqilliyini möhkəmləndirmiş və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırmışdır.

Daha sonra Əhməd Vəliyev Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarı ilə Türkiyə Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldıza Odlar Yurdu Universitetinin Fəxri Doktoru adının verilməsi haqqında qərarı elan etdi.

Daha sonra konfransda çıxış edən İran vətəndaşı, Odlar Yurdu Universitetinin doktorantı iqtisadçı alim Həmid Əlizadə, Universitetin magistrantı Həmidli Anar, Türkiyə vətəndaşı, eyni zamanda Odlar Yurdu Universitetinin tibb ixtisası üzrə doktorantı İlkər Ərdoğan, Amerika vətəndaşı, siyasi elmlər üzrə tədqiqatçı Fərəməz Taclılı, Nigeriya vətəndaşı, Odlar Yurdu Universitetinin tələbəsi İbhazukor Michael, Banqladeş vətəndaşları, Odlar Yurdu Universitetinin tələbələri Rahman Manfucur və Shavon Shahriar Tanvir və digər qonaqlar qeyd etdilər ki, Azərbaycanmüxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı–seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezident İlham Əliyev tərəfindən 2017–ci ilin "İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı–ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn İlham Əliyevin İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir.

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra Odlar Yurdu Unbiversitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmaasının 94–cü ildönümünə həsr olunmuş bədii hissə nümayiş olundu.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldızın Azərbaycana səfəri çərçivəsində iki universitet arasında əməkdaşlığın prinsipləri, tələbə və işçi mübadiləsi və digər ortaq layihələrin müzakirəsi ilə davam etdi. Sonda iki universitet rektoru arasında qarşılıqlı əməkdaşlığa və işbirliyinə dair memorandum imzalandı.


Oxunma sayı : 2190

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT - 28 İyun 2017, 15:48
22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ - 28 İyun 2017, 15:48
13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - 28 İyun 2017, 15:47
General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir - 28 İyun 2017, 15:08
Elza Seyidcahan özünə eşşək dedi: "Hamı bizə bənzəsin" - 28 İyun 2017, 14:54
Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki verməsi barədə fikirlərə - Münasibət - 28 İyun 2017, 14:43
AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam - 28 İyun 2017, 14:35
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ - 28 İyun 2017, 14:25
Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu - 28 İyun 2017, 14:02
Aynişan əməliyyat olundu - FOTOLAR - 28 İyun 2017, 13:45
Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olunub - 28 İyun 2017, 13:29
Rusiyada iki azərbaycanlı həbsdən qaçdı - TƏHLÜKƏ XƏBƏRDARLIĞI - 28 İyun 2017, 13:25
2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi - 28 İyun 2017, 13:10
Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..." - 28 İyun 2017, 12:51
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar - 28 İyun 2017, 12:31
İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular - Salyanda dram - 28 İyun 2017, 12:28
Sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək - 28 İyun 2017, 12:24
Azərbaycanın ən qalmaqallı kosmetoloqu vəzifəli şəxsin həyat yoldaşını ölümdən xilas etdi - FOTOLAR - 28 İyun 2017, 12:03
Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - video - 28 İyun 2017, 11:42
Zakir Həsənov NATO-nin toplantısında iştirak edəcək - 28 İyun 2017, 11:38
Qızıl bahalaşdı - 28 İyun 2017, 11:17
Xalq artisti "Afaq Bəşirqızı qələt edir..." - 28 İyun 2017, 11:10
Bakıda qadın kişini polisin gözü qarşısında yerə sərdi: "Mən "işverən" deyiləm" - VİDEO - 28 İyun 2017, 10:55
İstirahət və bayram günləri yol qəzalarında 10 nəfər ölüb - 28 İyun 2017, 10:45
“İş adamları problemlərin həllində fəal olmalıdırlar” - Mehriban Əliyeva - 28 İyun 2017, 10:21
Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib - 28 İyun 2017, 10:03
"Otellərdə bir dənə də boş yer yox idi" - Nazir - 28 İyun 2017, 09:59
Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi pozub - 28 İyun 2017, 09:35
Türkiyədə 3 hərbçi şəhid olub - 27 İyun 2017, 21:00
Azərbaycanda şirkət rəhbəri və telekanal əməkdaşı öldü: Dəhşətli qəza - 27 İyun 2017, 20:42
Əməkdar artist Həcc ziyarətindən qayıtdı - fotolar - 27 İyun 2017, 20:36
Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb - 27 İyun 2017, 20:00
Masazırda məcburi köçkünlərə yeni mənzillər verilib - 27 İyun 2017, 18:50
Avropada yeni terror hədələri - 27 İyun 2017, 18:16
Məlahət Abbasova: "Atamın şilləsini yemişəm" - video - 27 İyun 2017, 17:43
“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub - 27 İyun 2017, 17:41
"WhatsApp"da göndərilən faylların həcmi artırılır - 27 İyun 2017, 17:31
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib - 27 İyun 2017, 17:10
Bakı-Qazax yolunda baş verən dəhşətli qəzanın - FOTOLARI - 27 İyun 2017, 16:50
Qadın həbsxanasında biabırçılıq - FOTO - 27 İyun 2017, 16:28
Qəndab Quliyeva dəfn olundu - fotolar - 27 İyun 2017, 15:53
Azərbaycan-Polşa sənədləri imzalanıb - 27 İyun 2017, 15:27
“Google” 2,4 mlrd. avro məbləğində cərimələnib - 27 İyun 2017, 15:09
“Show tv"də qonaq olan Damla hamını təəcübləndirdi- Video - 27 İyun 2017, 14:46
Daha bir həkim səhlənkarlığı can aldı - 27 İyun 2017, 14:19
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10