02:16 Cümə, 23 Fevral 2018
GƏNCLİK

Hicab geyimlərindən ibarət kolleksiya təqdim ediləcək - Azərbaycanda ilk

18:02, 23.10.2017782
Hicab geyimlərindən ibarət kolleksiya təqdim ediləcək - Azərbaycanda ilk
Azərbaycanda ilk dəfə olaraq hicab geyimlərindən ibarət kolleksiyanın təqdimatı keçiriləcək.
Dəfilə oktyabrın 28-də saat 19:00-da "Boulevard Hotel”də baş tutacaq. 
Yenicə fəaliyyətə başlayan "By Osmanova” moda evinin təqdimatı ilə keçiriləcək dəfilədə gənc modelyer Aytən Osmanovanın hazırladığı kolleksiya nümayiş olunacaq. Dəfilə boyunca modellər xanımlıq və zərafətin vəhdətindən yaranan 20 geyim nümunəsini qonaqlara təqdim edəcəklər. 
Qeyd edək ki, "By Osmanova” moda evi xanımlar üçün bir-birindən fərqli hicab geyimləri təqdim edir. Zövqlü, eyni zamanda keyfiyyətli hicab dəstləri axtarışında olan hər kəsi dəfilədə iştirak etməyə dəvət edirik. 



0
XƏBƏR LENTİ