14:13 Bazar Günü, 21 Aprel 2019
SİYASƏT

Hikmət Hacıyev: "Azərbaycan və Çin ikitərəfli ticarətin inkişafı üçün hələ çox iş görməlidir"

14:25, 12.04.20192563
Hikmət Hacıyev:
Azərbaycan və Çin ikitərəfli ticarətin inkişafı üçün hələ çox iş görməlidir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Daily"yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan şirkətləri Çində öz məhsullarının təşviqi üçün ərzaq və kənd təsərrüfatı sərgilərində fəal iştirak edir:

"Ötən ilin noyabrında Azərbaycan nümayəndə heyəti Şanxayda ilk Çin beynəlxalq sərgisində iştirak edib. Bu cür sərgi Azərbaycana Çin bazarına çıxmaq və Çin şirkətləri ilə əlaqələr qurmaq imkanı yaradır".

H.Hacıyev əlavə edib ki, Çin və Azərbaycan şirkətləri neft-kimya sənayesi layihələrində iştirak edir və bu ölkələr energetika və kommunikasiya kimi strateji sahələrdə də əməkdaşlıq edə bilər.

PA rəsmisi vurğulayıb ki, 2018-ci ilin məlumatlarına əsasən Azərbaycana 15 min Çin turisti səfər edib və yaxın illərdə bu rəqəmin artacağı gözlənilir.

O, həmçinin iki ölkə arasında təhsil sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və əlavə edib ki, Çindən Azərbaycana və əks istiqamətdə tələbələr gəlir:

"Biz tələbələrin sayının artacağını gözləyirik, çünki onların ölkələrimiz arasında humanitar körpü rolunu oynaya biləcəyini görürük".
XƏBƏR LENTİ