13:30 Cümə Axşamı, 18 Yanvar 2018
SİYASƏT

"Hökuməti tənqid edirsiniz, amma Səlim müəllimi görəndə tərifləyirsiz" - Deputatlar arasında söz savaşı

13:32, 08.12.20164726
 
"Müxalifət tənqid etməlidir, hökumət müdafiə etməlidir. Amma tənqidin də forması olmaldır. Hökuməti tənqid edirsiniz, amma Səlim müəllimi müdafiə edirsiniz. Səlim müəllim də hökumətin üzvüdür”.
 
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bu fikirləri deputat həmkarlarına xitabən deyib.  

Parlamentdəki büdcə müzakirələrində S.Novruzov digər həmkarlarına da toxunub: "Bəzi həmkarlarımız tənqid edir, buradan çıxanda o nazirə deyir ki, "səni nəzərdə tutmurdum, başqasını nəzərdə tuturdum”. Başqa naziri də görəndə eyni sözü deyirlər. Ona görə də tənqid edəndə konkret ünvana sözünüzü deyin, ümumi şəkildə hökumətin adına tənqid söyləməyin. Kim pis işləyirsə, onun adını çəkin, sabah da münasibətinizi ona uyğun qurun!” (musavat.com)
0
XƏBƏR LENTİ