08:00 Bazar Ertəsi, 24 Sentyabr 2018
SAĞLAMLIQ

"Hollivud gülüşü"nə necə sahib olaq? - Stomotoloq məsləhəti

15:51, 20.06.20184120

"Buta Dent"in uzman stomotoloqları Səhər Hefzollesan və Ehsan Hefzollesanın "Hollivud gülüşü" haqda yazısını təqdim edirik:

 

Gözəl dişlərlə gülüş insanın özünə olan güvəninin simvoludur. Cəzbedici gülümsəmə və dümağ dişlər sizin haqda digər insanlarda yaxşı fikir formalaşdıra bilər. Bu gün bütün dünyada diş həkimlərinə hollywood gülüşü ilə bağlı milyonlarla müraciətlər olur.

Bəs görəsən Hollywood gülüşü nədir və necə yaranıb?

"Hollywood gülüşü” termini fransız stomatoloq Çarlz Pinkus tərəfindən ötən əsrin 30-cu illərində meydana çıxıb. Hollywood aktyorlarının ekranlarda hamar ağappaq dişlərlə lovğalana bilməsi üçün Pinkus Hollywood Laminates adını almış texnologiyanı icad etdi. Bu texnologiya diş protezlərinin bərkidilməsində istifadə olunan xüsusi yapışqan tozlar vasitəsilə aktyorun dişlərinə bərkidilmiş keramik bəndlər idi.

Özünün müştəriləri sayəsində Pinkus "ulduz stomatoloq” ləqəbini almışdır. Onun müştəriləri sırasında Cudi Qarlend, Şirli Templ, Elizabet Teylor, Barbara Stenvik, Fred Aster kimi ulduzlar var idi. Məhz onun sayəsində bütün dünyaya yayılan "Hollywood gülüşü” ifadəsi yarandı.

Bu gün də insanlar danışarkən ən əsas da güldükləri zaman "Hollywood” ulduzları kimi ağ və estetik dişlərə sahib olmaq istəyirlər. Elə "Hollywood gülüşü” ifadəsi də məhz bu cür yaranıb, pasientlər həkimlərə "mənə hollywood ulduzlarının gülüşündən” edin deməsi, bu ifadənin bütün dünyada məşhurlaşmasına gətirib çıxarıb. Estetik cəhətdən sual ortaya çıxır. Görəsən, bu ulduzlar ideal dişlərə necə sahib olurlar?

Bəlkə dəçoxlarınız bilmirsiz ki, Hollywood ulduzlarının əksəriyyətinin dişləri saldırmadır. Məsələn Məşhur Hollywood aktyoru Tom Kruz dişlərinə 300 min dollar xərcləyərək, diş saldırıb. Onlar əksəriyyəti ağızlarına farfor dişlər taxdırırlar. Dişlərdəki çürük, aşınma, qırıq və ya strukturca pozulmaların müalicəsində istifadə edilən "laminate farfor" adı verilən "yarpaq farfor" təbii dişə bəyaz görünüş verir. Farfor yarpaqlar istənilən rəng, boy və şəkildə hazırlanır. Bununla dişlərin şəkil və rənglərini qalıcı olaraq dəyişdirmək mümkündür. Qalıcı ağartma istəyən xəstələr farfora çox böyük üstünlük verirlər. Xüsusilə siqaret çəkənlər daha cilalı və ləkə tutmayan səthlər təmin etdiyi üçün laminate farforları seçirlər. Çünki bu farforlarda hər hansı bir rəng dəyişikliyi olmur.

Təbii ki, "hollywood gülüşü"nəsahib olmaq müəyyən maliyyə tələb edir. Belə təbəssümün təbii yolla alınması mümkün olmadığına görə "Hollywood gülüşü" əfsanəyə çevrilib. Ulduzlar estetik əməliyyat keçirərək, parlaq təbəssümləri ilə xüsusi imic yaradır, aləmi özlərinə heyran edirlər. "Hollywood gülüşü" müasir Amerika estetikasının möcüzəsi sayılır.

Qüsursuz gülüşə necə sahib olaq?

Gülüş insanın sevincini, xoşbəxtliyini ifadə edən bir emosiyadır. Gülüşün cürbəcür formaları var. Hər bir qadının ən böyük istəyi qüsursuz gülüşə malik olmaqdır. Bunun ən əsas yolu isə ideal dişlərdən keçir. Əgər dişləriniz ideal vəziyyətdədirsə, əmin olun ki, siz gülüşünüzlə ətrafa da müsbət aura saçacaqsız, hər kəs sizin gülüşünüzə valeh olacaq.

Bəs ideal gülüşə malik olmaq üçün nə etmək lazımdır?

Hollywood ulduzları bu yöndə 4 üsula əl atırlar:

Laminate porselenler: Keramik laminat vinirlər görünüşünüzə mənfi təsir göstərən bir çox diş problemlərinin radikal kosmetik həllidir. Laminat vinirlərlə müalicənin mahiyyəti - keramikadan hazırlanan nazik, yarı şəffaf təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növ müalicə əsasən estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu) müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox az bir qalınlıqda mina təbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən 0,3-0,7 mm qalınlığında diş toxumasi yonulub götürülür. Yonulmuş dişlərdən ölçü alınır və istənilən rəng ve formada vinirlər diş texniki laboratoriyasında hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə yapışdırılır. Vinirlərlə dişlər arasında möhkəm bir birləsmə əmələ gəlir. Çox incə və metalsız olduğundan, onlar təbii dişlərə mükəmməl estetik görünüş verirlər.

Metalsız (zirkon) keramika qapaqlar : Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü zirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.

Çəhrayı estetik: Çəhrayı estetika metodu ilə pasient 15-20 dəqiqə ərzində bu problemdən xilas ola bilər. Çəhrayı estetika metodu ilə diş ətləri lazer və ya elektrocərrahiyə metodu ilə yuxarıya doğru dartıla bilir. Burada nəzərə çarpacaq məsələ odur ki, diş ətinin dişlə birləşən hissəsindən ət kəsilərək yuxarıya doğru dartılır, amma bəzi hallarda dişin sümüyünün yonulması metodu ilə həyata keçirilən proseslər var. Bu zaman həkimlə pasient birlikdə bu prosedurun müsbət və mənfi tərəflərini müzakirə edərək qərar verirlər. Diş ətinin dişlə birləşdiyi yerdə ətin dartılması metodu ilə həyata keçirilən proses daha asan prosesdir. Lazer və ya elektrocərrahiyyə ilə həyata keçirildiyi üçün ağrısız və qanama olmadan həyata keçirilən prosesdir və pasient müalicədən sonra gündəlik həyatını davam etdirir. Çəhrayı estetika ilə həyata keçirilən prosesin faydası odur ki, diş ətləri daha az görünür və dişlər daha böyük görünür. Çəhrayı estetika metodu ilə əməliyyat etdirmək istəyən pasientin dişlərində problemlər varsa, estetika prosedurları həyata keçirildikdən sonra vinir lövhələr qoyulmalı və ya zirkon diş qapaqları qoyulmalıdır.

Diş ağartma (Bleaching): Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin öz başına tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching). Xəstənin öz başına tətbiq etdiyi prosedur: Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 - 4 həftə içində sonlandırılması. Həkimin klinikada tətbiq etdiyi prosedur: Ağardıcı dərman həkim tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir. Hər iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır.

Neçə günə Hollywood gülüşünə sahib olmaq olar?

Bu gülüşə sahib olmaq üçün ilk növbədə diş əti problemini həll etmək lazımdır. Əgər ağzınızda diş azlığı varsa, bu boşluğa mütləq implant əkilməlidir və dişləriniz tam normal görünüşə qayıtmasını gözləmək mütləqdir. Laminate üsülu ilə 5-10 günə, Zirkonium farforu və emax üsulu ilə 7-14 günə qüsursuz Hollywood gülüşünə sahib ola bilərsiz.

Hollywood gülüşünü qoruyub, saxlamaq üçün nə etmək lazımdır?

Hər zaman ideal dişləri qorumaq üçün gündə ən az 2 dəfə dişlərinizi fırçalamalı, hər gün ağzınızı yaxalamalı, diş ipindən istifadə etməli və 6 aydan bir mütləq həkim nəzarətində olmalısız.

Hollywood gülüşü neçə il davam edir?

Hollywood gülüşü üçün dişlərə edilən laminate, zirkonyum farforu və ya emax olarak adlandırılan üsul uzun illər ağızda qalma müddəti 10 ildir. Bu müddəti uzatmaq üçün yuxarıda dediyimiz kimi, dişləri hər gün fırçalamalı, onları qorumalı və mütəmadi olaraq diş həkiminə baş çəkməlisiz.

 

"Buta Dent" ilə əlaqə üçün: +994-55-479-90-44

www.instagram.com/buta_dent

 

 

 


 


 

XƏBƏR LENTİ