18:58 çərşənbə Axşamı, 19 Mart 2019
SİYASƏT

Hulusi Akar: "Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq"

13:42, 04.01.20195419
Hulusi Akar:
Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımını əsla unutmadıq və unutmayacağıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Xatırladıq ki, yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq.
XƏBƏR LENTİ