18:53 Cümə Axşamı, 14 Dekabr 2017
İDMAN

İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü

20:12, 23.11.2017478
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü
"Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç adını Çempionlar Liqasının tarixinə yazdırıb.
 
AZXEBER.COM xəbər verir ki, qoleador "qırmızı şeytanlar”ın heyətində ÇL-də ilk oyununu "Bazel”lə matçda keçirib.
 
Oyuna 74-cü dəqiqədə daxil olan 36 yaşlı forvard 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.
 
İbrahimoviç bundan əvvəl "Ayaks”, "Yuventus”, "İnter”, "Barselona”, "Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.
 
Matçda isə "Bazel” 1:0 hesabı ilə qalib gəlib
0
XƏBƏR LENTİ