01:35 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

İcra başçısı - “Sosial şəbəkələrdə bizə ünvanladığınız məktubları şəxsən özüm oxuyuram”

16:35, 21.08.20193052
İcra başçısı - “Sosial şəbəkələrdə bizə ünvanladığınız məktubları şəxsən özüm oxuyuram”
"Bu gün Prezident Cənab İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır. Şəmkir Rayon İcra Hakimiyyəti olaraq biz də sosial şəbəkələrin üstünlüklərindən faydalanmağa çalışırıq”

AZXEBER.COM xəbər verir ki, bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün Çaparlı sakinləri ilə keçirilən səyyar qəbul-görüşdə bildirib.

İcra başçısı bildirib ki, Şəmkir rayon İcra Hakimiyyəti bütün sosial şəbəkələrdə təmsil olunur: "Həmin səhifələrə daxil olan şikayət və təkliflərinizi şəxsən özüm oxuyuram. Günün istənilən vaxtı sizlərdən daxil olan müraciətlərə tərəfimizdən münasibət göstərilir. İstər icra hakimiyyətinin inzibati binasında, istər kənd və qəsəbələrdə keçirilən qəbullardan başqa biz hər zaman sakinləri dinləməyə hazırıq. Əmin olun ki, mənim qəlbim ancaq siz şəmkirlilərlə döyünür”.

Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 

 

 


XƏBƏR LENTİ