08:11 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

"Prezident rayona gələndə icra başçısı atamın abidəsini sökdü və dedi ki ..." - VİDEO

13:13, 01.08.20174820
Yardımlı rayonu Koryədi kənd sakini 76 yaşlı Nüsrətov Etiqad İltifat oğlu Yardımlının keçmiş, Salyanın indiki icra başçısı Sevindik Hətəmovdan şikayətçidir. 

Şikayətçi AZXEBER.COM-a açıqlamasında bildirib ki, Sevindik Hətəmov Yardımlının icra başçısı olanda İkinci Dünya müharibəsində həlak olan atası İltifat Sadıqova qoyduğu xatirə lövhəsini sökdürülüb, amma ona söz verdiyi vaxtda və yerdə yenidən inşa etdirməyib: "2012-ci ildə Yardımlının o zamanki başçısı Sevindik Hətəmov gəldi həmən yerə və dedi ki, abidə burada yox, 2 metrə irəlidə olmalıdır. Mən də dedim ki, mənim maddi imkanım yoxdur və atamın abidəsini sökmək istəmirəm. O dedi ki, sənlik bir şey yoxdur, bunu mən sökürəm və 15 günə sənə təhvil verəcəm, narahat olma. 15 gün keçdi, ancaq icra başçısından xəbər çıxmadı, mən də məcbur oldum oranın yerini öz pulumla təmizlədim. O adam 4 il məni süründürdü, sonra onu Salyana başçı getdi. Sonradan mənə dedilər ki, o ərazidə təmir olmadığına görə başçı atamın abidəsini sökdürüb ki, Prezident oranı görməsin. Sonra Ayaz Əsgərov Yardımlıya yeni başçı təyin olundu və mən onun qəbuluna getdim, dedim ki, mənim başıma belə oyun açıblar. İcra başçısı mənə dedi ki, mən ora gəlmişdim, orada abidə görmədim. Mən də dedim ki, sən onu necə görə bilərsən? Onu Sevindik müəllim sökdürüb. Mən də məcbur olub, Sevindik müəllimi verdim məhkəməyə.
 
Şikayətçinin dediyinə görə, ulu öndər Heydər Əliyev vaxtilə onu qəbul edib və Yardımlı rayonunda atasının adına abidə qoyulmasına və muzeyin açılmasına qərar verib. O həmçinin deyib ki, atasının xatirəsinə Rusiyada abidə ucaldılıb, ancaq doğma vətənində ona laqeyd yanaşılır. 
 
Etiqad Nüsrətov artıq Yardımlı Rayon Məhkəməsinə müraciət edib. Bununla bağlı öncə bütün rəsmi instansiyalara müraciət etdiyini, lakin tədbir görülmədiyini deyən Yardımlı sakini məhkəmədən başqa çıxış yolu qalmadığını bildirib. O deyib ki, Sevindik Hətəmov qanunları pozaraq müharibədə qəhrəmanlıq göstərən bir şəxsə və yaxınlarına qarşı sayğısızlıq edib. Yardımlı sakini müsahibəsi zamanı gözyaşlarını da saxlaya bilməyib. 

Yardımlı sakini icra başçısından maddi ziyana görə 15 000, mənəvi ziyana görə 25 000 manat pul tələb edir. 

Mövzu ilə bağlı Koryədi kənd icra nümayəndəsi Əlsahib Məmmədov bildirib ki, Salyan RİH-nin başçısı Sevindik Hətəmovun müharibə iştirakçılarına qarşı diqqət və qayğısını rayonda hər kəs yaxşı bilir. "Sevindik Hətəmov Yardımlı rayonunda yaşayan şəhid ailələrinə qarşı daim qarşı daim qayğı göstərib. Həmin ailələrə Yardımlı RİH tərəfindən müəyyən güzəştlər edilib.
 
Şikayətçinin video müsahibəsini təqdim edirik:
0
XƏBƏR LENTİ