12:10 Cümə Axşamı, 25 Aprel 2019
TOP4

"İdmançı həkim nəzarətsizliyindən ölüb” - Xamis Məmmədovun məşqçisi

12:39, 28.01.20193796
Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, dünya çempionu Xamis Məmmədovun müəllimi Nazim Məlikov Unikal.org-a açıqlamasında bildirib ki, idmançı "buxar hamamından” tərli-tərli soyuq havaya çıxdığı üçün xəstələnib: 

"Xamis Məmmədov 5-6 aydır ölkədən kənara da çıxmayıb ki, deyildiyi kimi qripə tutulsun. Həftənin iki və ya 3-cü günü  gedib buxar vannası qəbul edib. Oradan çıxdıqdan sonra sətəlcəm olub. Daha sonra özünü narahat hiss edib. Ailəsi ilə birlikdə həkimə yoxlanmağa gedib. 3 saylı Klinik Tibbi Mərkəzdə ona ağciyərində ləkə olduğunu və burada qalmasının vacibliyi deyilib. Bildirilib ki, idmançı sətəlcəm olub. Cümə axşamı və cümə günü ona sistem vurulub. Özünü yaxşı hiss edib. Orada da tapşırılıb ki, hərarətinin qalxmaması üçün nəzarət edilsin. 6-cı gün axşam həkim nəzarəti olmayıb. Otaq yoldaşıları da elə bilib ki, Xamis yatıb. Amma qızdırmadan keçinibmiş. Bu xəstəlik tutmamışdan əvvəl səhhətində heç bir problem olmayıb, sağlamlığı ilə bağlı narahatçılığını bildirməyib”.
XƏBƏR LENTİ