08:10 Cümə, 15 Dekabr 2017
DÜNYA

İki bacı İnstaqram-da canlı yayımda öldü - VİDEO

10:59, 07.08.201711233
İki bacı İnstaqram-da canlı yayımda öldü - VİDEO

Ukraynanın Xarkov şəhərində avtomobildə hərəkət edən 2 qız "Instagram" üçün canlı yayım zamanı qəzaya düşüb.

Qəza zamanı avtomobil yol dirəyinə çırpılıb.   

Olayın videosundan görünür ki, qızlar boş və işıqlandırılmamış yolda yüksək sürətlə hərəkət edirlər. Onlar zarafatlaşır, qışqırır, mahnı oxuyur və alkoqol qəbul edirlər. Videonun sonunda qısa qışqırıq və toqquşma səsi eşidilir, sonra qaranlıq görünür və qəza şahidlərinin danışığı eşidilir.

Hadisə zamanı 24 yaşlı sürücü qız ağır xəsarət alaraq xəstəxanaya aparılarkən keçinib. 16 yaşlı sərnişin qız isə hadisə yerində ölüb. Onlar bacı olub.

 


0
XƏBƏR LENTİ