00:45 şənbə, 24 Avqust 2019
İDMAN

İki güləşçimiz yarımfinalda

13:58, 23.07.20192000
İki güləşçimiz yarımfinalda

Kənan Heybətov və Cəbrayıl Hacıyev inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib, Cəbrayıl Hacıyev də ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb.

Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb.

Qeyd edək ki, Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır. Yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur.

XƏBƏR LENTİ