06:16 Bazar Günü, 08 Dekabr 2019
SOSİAL

İki qardaş bir gündə öldülər

12:39, 13.08.20194355
İki qardaş bir gündə öldülər

Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi "KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.

AZXEBER.COM DIN-ə istinadən xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ