İlahi ədalət...- Qənirə Paşayeva

18 Aprel 2017, 20:19
AAA
İlahi ədalət...
(Qənirə Paşayeva "İraq gündəliyi”,6-cı yazı)
İraqda savaşın ən qızğın çağlarıydı… Artıq paytaxt Bağdad özü mühasirədə idi və Səddam Hüseynin bu savaşı uduzduğu açıq görünürdü. Bir çox generalları, yaxınları belə onu satmışdı... ABŞ-ın yaratdığı koalisiya gücləri Bağdada daxil olmağa başlamışdı. Səddam Hüseyn haradadır? - sualı bütün jurnalistlər kimi məni də, elə hər kəsi maraqlandıran bir məsələ idi. Səddam Hüseynçün sonun gəldiyi aydın görünürdü…
***
Fatimə…
Onunla İraq televiziyası yaxınlığından bağlandığım canlı yayım sonrası tanış olmuşduq. Diqqətlə mənə baxırdı. Sanki başa düşmədiyi bir dildən nələrisə anlamağa çalışırdı. Canlı yayım sonrası, təxminən 15 dəqiqədir bir qıraqdan diqqətlə məni dinləyən bu qadına yaxınlaşdım. Tərcüməçiyə "soruş gör niyə belə diqqətlə dinləyir, ona nə lazımdır?” dedim. "Bizə doğru xəbər vermirlər, əslində nə baş verir onu öyrənmək üçün gəlmişəm. Xarici jurnalistlər daha doğrusunu söylər...” dedi. Ona son xəbərləri söylədim. Üzündə qayğılı bir ifadə vardı amma dediyim üzücü xəbərlər deyəsən ona o qədər də təsir etməmişdi. Fürsətdən yararlanıb, "Mənə axşam xəbərləri üçün sadə İraqlılarla müsahibə lazımdı. Sizinlə müsahibə edə bilərmmi?” deyə soruşdum. "Olar” dedi ürəklə. Onunla müsahibəyə başlayanda üzündəki qırışlara baxdım. O qədər yaşlı deyildi amma yaşadığı əzabın dərinliyini anladan qat-qat qırışlar qalaqlanmışdı üzündə sanki... Ölkəsində savaş gedirdi amma o çox da üzüntülü, kədərli görünmürdü elə bil... Səbəbini soruşanda iki əllini də göyə qaldırıb: "gec oldu amma sonunda Allah dualarımı eşitdi, inşallah bizə yaşatdıqlarını yaşamadan ölməyəcək!..” dedi..
- Kim?
- Səddam… O zalım!..
- Səddam Hüseyndən niyə bu qədər nifrət edirsiz? Nifrətiniz ölkənizin taleyi ilə bağlı düşünməyə imkan verməyəcək qədərmi böyükdür?
Tərcüməçi sualı çevirdiyində üzündə bir neçə saniyədə fərqli məna daşıyan o qədər ifadə keçdi, indi də xatırlayanda ürpəşirəm. – Qəzəb, iztehsa, üsyan..!
- O zalım və adamları mənim bütün ailəmi məhv etdi. Çox gənc yaşlarımdan bu günə qədər hər gün qorxu içində yaşadım. Sən qorxu nədir bilirsənmi?
- Əlbəttə, bilirəm, mən də bir insanam…
- Yox, sən mən yaşadığım qorxunun nə olduğunu bilmirsən. Elə bir vəziyyətə gəlirsən ki, hər kəsdən, hər şeydən qorxursan: Gələcəkdən, keçmişdən, düşünməkdən və insanlara təkrar güvənməkdən qorxursan... qorxursan. Mən 20 ildən çoxdur, bu qorxu ilə yaşayıram. İndi anladınmı mənim içimdə nifrətdən də daha ağır bir şeylər var..? Tək güvəncim İlahi ədalət idi, indi onu görməyə başlayıram və siz məndən illərlə gözlədiyim bu anda "nədən özünü üzüntülü hiss etmirsən?” deyə soruşursan…
- Yanlış anlama məni, Vətəniniz üçün də ağır günlərdir, ona görə bunu söylədim və sual etdim…
- Sən heç yalnız qalmaqdan qorxdunmu? – Yapayalnız… İnsanlar sizinlə dostluq etmək istəməz, sizdən uzaq gəzər, vəbalı bir xəstə kimi hiss edərsən özünü… Yapayalnız! Mən çox qorxuram ondan… Çünki yaşadım. Evin divarlarının üstümə gəlməsini, nəfəs ala bilməməyi, sanki indicə öləcəkmiş kimi nəfəs alamamağı… Qışqırmaq istəyirsən amma səsin çıxmır. Az qalır ürəyin partlasın. Evində qışqırmaqdan belə qorxursan… Hələ onsuz da hayına gələn olmayacağını da bilirsənsə, iş tamamdır…
Sonra dəhşətli bir üsyan başlayar içində… Bütün qəlbin, ruhun üsyan edər… Yaradanın varlığını belə sorğulayarsan o anlarda. "Hardasan? Nədən görmürsən? Hardadır sənin ədalətin?!” deyə… "Niyə? Niyə mən?” deyə suallarına cavab almaq istərsən amma ala bilməzsən… bilməzsən.
Danışdıqca üzündəki cizgilərdən sanki ağrı yayılırdı ətrafa. O ağlamırdı amma mənim gözlərim dolmuşdu, özümü güclə saxlayırdım…
- Bax, sən ağlaya bilirsən amma mənim ağlamaqdan gözdamarlarım da quruyub. Gözlərim ağlamır amma səndən fərqli olaraq mənim içim ağlayır… Sən bilirsənmi insanın içi necə ağlayır… Ağlamağın göstəricisi sadəcə gözyaşı deyil… Ən ağırı içinin ağlamasıdır…
- Bu qədər acı çəkdirmələrinin səbəbi nə idi axı?
- Heç nə… Yaxın qohumlarımız arasında Səddamın sevmədiyi, rəqib, düşmən hesab etdiyi adamlar vardı. Biz illərlə sadəcə onlarla qohum olmanın acısını çəkdik. Kimsi öldürüldü, kimisi qaçıb qürbətdə qaldı, kimisi də bizim kimi ölkə içərisində əzablarla yaşamağa məhkum oldu. İnsanları qohumlarına görə bir ömür əzab və qorxu altında yaşatmaq ədalətdəndimi?! Soruşuram səndən. Bizə acımadılar. Mən də acımayacam… Bunu məndən heç kəs gözləyə bilməz… İndi özünü "buranın Allahı” sayıb, hökmdar da, ədalət də hamısı mənəm deyən ədalət qarşısında cavab verəcək və mənim içimdəki illərlə gəzdirdiyim ağırı bir az da olsa sakitləşəcək. İllərlə gözlədiyin günün yaxınlaşdığını hiss etmək! – bu çox qəribə hissdir. Sən məni anlamazsan, jurnalist. Əgər zamanın varsa, otur, sənə geniş danışım ailəmin taleyini, ondan sonra nə istəyirsən gedib onu da yazarsan… Amma ən sonda mənim dediyim cümlə ilə bitir, lütfən. – Yaz ki: bunu yaşamayan anlaya bilməz bizi…
- Tamam, oldu – dedim və o mənə təxminən 2 saat içində ailəsinin yaşadığı zülmləri, həbsləri, əzabları, qorxuları anlatdı… Onu başa düşməyimi istəyirdi… Hətta israr edirdi. Sanki illərlə içərisində gəzdirdiyi acılar israrla "bizi anlayın” deyirdi… "Nəhayət anlayın bizi!” deyə üsyan edirdi…
- Sənin əlindən nəyini alsam məni heç zaman bağışlamazsan, jurnalist?
- İndi dəqiq deyə bilmərəm, xanım… niyə soruşursuz?..
- Mənim əlimdən gəncliyim alındı, yaşamaq istədiyim arzularım, xəyallarım alındı əlimdən… İndi sən mənə bunu edənin ədalət qarşısında cavab verməsinə niyə sevinirsən? deyirsən, eləmi?
- Xeyr, xeyr, mən belə bir şey söyləmədim… Hər kəs haqq etdiyi cəzanı almalıdır, əlbət. Sadəcə ölkəniz bir cəhənnəmə çevrilir bunu söyləmək istədim…
- Biz onsuz da cəhənnəmdə yaşamışıq neçə illər… Bundan daha betər cəhənnəm olmayacaq ki!
- Təki hər şey yaxşı olsun. Biz də burada yaşayan insanlarçün bunu diləyirik.
- İndi sən mənim hekayəmi yazacaqsan, göstərəcəksən televizorda, eləmi?..
- Hə, əgər sən razısansa, sənin həyatını, İraqın bir başqa üzünü də anlatmaq istəyərdim…
- O zaman yazarsan ki, insanların hər zaman itirməyə bir şey(lər)i olmalıdır. Nə olursa olsun insana hər zaman itirmək üçün bir şey(lər) buraxmaq lazımdır. Dünyada itirməyə heç bir şeyi olmayan insandan qorxmaq lazımdır…
- Sizə nə söyləyəcəyimi bilmirəm… Üzgünəm… Həm də çox..!
- Sən məndən qorxma, jurnalist. Çünki mənim itirməyə bir şeyim qalıb hələ...
- Nə..?
- Ümid!.. İlahi ədalətə ümid..! Şükr ki, o qalıb hələ…
Chat Conversation End
Type a message...

Choose Files
 

 

Oxunma sayı : 1372

Loading...
SON XƏBƏRLƏR
Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO - 25 May 2017, 22:57
Eyni gündə Obama və Trampla görüşəcək - 25 May 2017, 20:03
Abbasəli Novruzova “Şöhrət” ordeni verildi - 25 May 2017, 19:44
Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - 25 May 2017, 19:13
Xəzərdə naməlum kişi meyiti tapıldı - 25 May 2017, 18:58
Pul ala bilmədi, damarlarını doğradı - 25 May 2017, 18:20
İradə İbrahimova çəkilişlərə başladı - 25 May 2017, 18:00
Ata öz qızı ilə evləndi - 25 May 2017, 17:53
Dolların sabaha olan məzənnəsi - 25 May 2017, 17:46
Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı - 25 May 2017, 17:36
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Putin - 25 May 2017, 17:25
Kurrikulum sistemi ləğv edilib? - Nazirlikdən açıqlama - 25 May 2017, 17:12
“Sputnik Azərbaycan” 2 yaşını qeyd edir - 25 May 2017, 17:11
Bu şəxslər oruc tuta bilməz - 25 May 2017, 17:11
Baş Prokurorluqdan daha bir KİV-ə XƏBƏRDARLIQ - 25 May 2017, 16:50
Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB - 25 May 2017, 16:45
Hərbi xidmətdən yayınanların işi çətinləşir - 25 May 2017, 16:08
Elza Seyidcahan lağa qoyulan şeirlərindən danışdı: "Məni tənqid edənlər..." - 25 May 2017, 16:04
Əli Abbasova niyə vəzifə verildi? - 25 May 2017, 15:54
Kişiləri evə çağırıb başına oyun açan qadından şok etiraflar — VİDEO - 25 May 2017, 15:33
14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA - 25 May 2017, 15:15
Həkim xəstənin 30 min dollarını alaraq aradan çıxıb - 25 May 2017, 15:09
"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze - 25 May 2017, 14:43
Ev verilməyəcək texniki işçilər kimlərdir? - RƏSMİ - 25 May 2017, 14:31
Jurnalistin klipində sevişmə səhnəsi - VİDEO - 25 May 2017, 14:26
Lətifə məmur anası ilə - FOTO - 25 May 2017, 14:16
Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var - 25 May 2017, 14:08
Prezident "LİFAN" tövsiyə etmişdi - Nazirlər “BMW”, deputatlar isə hələ də “Mercedes” sürür (VİDEO) - 25 May 2017, 13:56
Bakıda avtobusda qırğın düşdü, oğrunu görün necə döydülər - VİDEO - 25 May 2017, 13:53
Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLAR - 25 May 2017, 13:42
İslamiadada qızıl medal qazananlara AFFA 20 min manat verəcək - 25 May 2017, 13:21
Bakıda evakuator maşını qəzaya uğradı: yaralı var - 25 May 2017, 13:13
15 yaşlı qızın ölümündən dəqiqələr əvvəl yazdığı son mesaj - 25 May 2017, 12:47
14 yaşlı qızı 28 nəfər zorladı - 25 May 2017, 12:16
“Bazarstore”un filiallarından biri də bağlandı - 25 May 2017, 12:08
Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi - 25 May 2017, 11:51
Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi - TƏFƏRRÜAT - 25 May 2017, 11:34
Bakıda DİN-in qarşısında ağır qəza: Ölən var - 25 May 2017, 11:26
Bu siqaretlər kəskin ucuzlaşdı - SİYAHI - 25 May 2017, 11:21
Qeyri-iş günlərinin sayı artırıldı - İyun ayında - 25 May 2017, 11:16
"28 May Respublika Günü"nə həsr olunmuş "Park Bulvar Open" rapid reytinq turniri keçirilib - Foto - 25 May 2017, 11:06
22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı - 25 May 2017, 10:59
Azərbaycanın tanınmış idmançısı qələbəni qeyd edərkən öldü - 25 May 2017, 10:47
Bakıda makler maşının altında qaldı - 25 May 2017, 10:37
Nadir Qafarzadəni məhv edən nə oldu? - VİDEO - 25 May 2017, 10:30
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10