17:01 şənbə, 16 Dekabr 2017
SOSİAL

İlahiyyatçıdan qız atalarına şok sözlər: “Dar şalvar geyinməsinə icazə verirsən ki, hamı arxasına baxsın?” (VİDEO)

14:00, 26.09.201713030
İlahiyyatçıdan qız atalarına şok sözlər: “Dar şalvar geyinməsinə icazə verirsən ki, hamı arxasına baxsın?” (VİDEO)

Türkiyədə İhsan Şenocak adlı ilahiyyatçının açıqlaması geniş müzakirəyə səbəb olub.

AZXEBER.COM-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İ.Şenocak xütbəsində qızlarına qaş almasına və dar şalvar geyinməsinə icazə verən ataları sərt tənqid edib. O, bu cür qızların və onların atalarının cəhənnəmə gedəcəklərini bildirib:

"18 yaşındakı qızın qaşını alıb universitetə gedərkən, onun o geyimi sənin ürəyini parçalamırsa, vallah qiyamət günü cəhənnəm səni parçalayacaq. Allahın əmanətini nə hala gətirdin? Sevindin ki, universitetə girib: "ODTÜ, Boğaziçi universitetinə gedəndə fərəhləndin. Həkim olacaq, mühəndis olacaq, 5 milyar maaş alacaq, maşına minəcək, ərinə məcbur olmayacaq... Yaxşı onlara sevindin, dar cins şalvar geyinən zaman oğlanların gözü qızının dalında qalır. Bunu görürsən? Qızını cəhənnəmə atdın, cəhənnəmə” deyə fikirlərini davam etdirim.

İlahiyyatçının bu sözləri sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Həmin videonu təqdim edirik:

 

 


 

 

 

0
XƏBƏR LENTİ