00:04 çərşənbə Axşamı, 25 Iyun 2019
SİYASƏT

İlham Əliyev Qazaxıstanın yeni prezidentinə zəng etdi

17:31, 10.06.20194496
İlham Əliyev Qazaxıstanın yeni prezidentinə zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng etmişdir.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.
XƏBƏR LENTİ