07:44 çərşənbə Axşamı, 25 Iyun 2019
SİYASƏT

İlham Əliyev Səudiyyə Ərəbistanı və MDB ilə sazişləri təsdiqlədi

17:03, 10.06.20193468
İlham Əliyev Səudiyyə Ərəbistanı və MDB ilə sazişləri təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.

Prezident İlham Əliyev eyni zamanda "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanıb.
XƏBƏR LENTİ