İlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"

SİYASƏT
10:51 27.10.2020
31761
"Bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində suriyalı muzdluların Azərbaycan tərəfində döyüşməsi ittihamı ilə bağlı sualı cavablandırarkən bildirib.

"Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır”, - Prezident söyləyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var