12:26 çərşənbə, 25 Aprel 2018
Maqazin

İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı

11:07, 09.12.20171042
İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ölkə.Az-a açıqlamasında O.Nadirovun həyat yoldaşı Arifə Nadirova bildirib: "Orxan hazırda rayondadır. Yayılan xəbərlər isə yalandır”.

Qeyd edək ki, dekabrın 8-də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.

0
XƏBƏR LENTİ