İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - ARAŞDIRMA

21 Aprel 2017, 12:17
AAA
Nadir xəzdən olan gödəkcə 15-20 min manat civarında qiymətləndirilir, korifey sənətkarın oğulluğu isə deyir ki...

Mərhum korifey sənətkar İlhamə Quliyevanın sevə-sevə geyindiyi bahalı gödəkçəsi ilə bağlı maraqlı məlumat yayılıb. Xəbərlərə görə, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun oğulluğu Orxan Nadirov həmin gödəkçəni girov qoyub və min manat pul alıb.

İ.Quliyevanın həmin gödəkçəsi dünyaca məşhur "GreekFurs” firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkçələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan "GreekFurs”un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkçələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.

İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkçənin qiyməti haqda dəqiq məlumat yoxdur. Müraciət etdiyimiz xəz mütəxəssisləri həmin gödəkçənin bahalı mal olduğunu təsdiqlədilər. Bildirdilər ki, belə xəzlərdən olan gödəkçənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkçəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkçənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə "gödəkçəni mənə alıb” deyirmiş. Yayılan xəbərdə bahalı gödəkçənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu: "Səhv məlumatdır, gödəkçə evdədir, şəklini çəkib vathcapla yollayacağam”.


 
Bununla belə, korifey sənətkarın məşhur gödəkçəsinin girovluqda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkçə girov qoyub.



"Xəz gödəkçə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub kredit alıblar. Gödəkçə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar” - deyə lombardda çalışan bir xanım söyləyib. Az sonra redaksiyamızla əlaqə saxlayan və özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkçənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar: "Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkçəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkçə bizdədir”.

Bəs gödəkçənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkçəsini satışa çıxarmasınlar: "Həmin gödəkçəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkçəni ora təhvil verə bilərik. Hazırda gödəkçə bizim əmlakımızdır”.



Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.



Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti” və "Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb.

Mənbə: musavat.com

Oxunma sayı : 13420

Loading...
SON XƏBƏRLƏR
"Abşeron" Gənclər Şəhərciyinə qazın verilməsi dayandırılıb - 26 Aprel 2017, 19:07
İslam həmrəyliy oyunları və ya İslam Həmrəyliyinin Azərbaycan modeli - 26 Aprel 2017, 19:00
Azərbaycanda dollar yenidən bahalaşmağa başladı - 26 Aprel 2017, 18:56
Üzeyir: "Azərbaycandan kənarda da tanınmaq istəyirəm" - VİDEO - 26 Aprel 2017, 18:55
Səfurənin nazir qayınatası ilə - FOTOSU - 26 Aprel 2017, 18:50
Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI - 26 Aprel 2017, 18:36
Aysel: "Romantik insan deyiləm" - 26 Aprel 2017, 18:27
Gəncədə faciə: qatar 58 yaşlı kişinin üstündən keçdi - 26 Aprel 2017, 18:06
Nəhayət ki, barışdılar: "Artıq yaş o yaş deyil" - 26 Aprel 2017, 17:56
Azərbaycanda 9-11-ci sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bilmirmiş - 26 Aprel 2017, 17:48
"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…"- icra başçısı şəhid xanımını qapıdan qovdu - 26 Aprel 2017, 17:36
"Facebook"un canlı yayımında öncə körpəsini öldürdü, sonra da intihar etdi - 26 Aprel 2017, 17:34
Ciddi korrupsiya ittihamları ilə üzləşib, ancaq hələ də işinin başındadır… – YENİ MƏLUMATLAR - 26 Aprel 2017, 17:28
8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ - 26 Aprel 2017, 17:21
Tanınmış iqtisadçı Bakı Nəqliyyat Agentliyini tənqid etdi - 26 Aprel 2017, 17:08
Əli İnsanov 7 il 5 gün azadlıqdan məhrum edildi - 26 Aprel 2017, 17:03
Yelkənçilərimiz daha bir önəmli yarışa doğru yola düşdülər - 26 Aprel 2017, 16:55
Prokuror Əli İnsanova cəza tələb etdi - 8 İL 9 GÜN - 26 Aprel 2017, 16:45
İlkininin toyundan özəl görüntülər - Video - 26 Aprel 2017, 16:43
Silahlı şəxslər Azərbaycan dövlət sərhədini pozmağa cəhd etdi - 26 Aprel 2017, 16:34
Kişiyə külli miqdarda pul "atan" qadın Azərbaycandan qaçdı - 26 Aprel 2017, 16:26
Xalq artisti: "Oğlum müğənni olmaq istəyirdi, indi biznesmendir” - VİDEO - 26 Aprel 2017, 16:18
Azərbaycanda bu da oldu: Gənc qız meymunla evləndi - 26 Aprel 2017, 16:10
Ədalət Şükürov: "Bizim ölkədə acından ölən yoxdur" - 26 Aprel 2017, 16:06
Azərbaycanda bu hallarda iş dayandırılacaq - 26 Aprel 2017, 16:02
Nailə Mirməmmədlinin tələbəsinə mükafat verildi - FOTOLAR - 26 Aprel 2017, 15:58
Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ - 26 Aprel 2017, 15:54
Azərbaycanda körpələrə verilən qeyri-adi adlar-Leysan, Tufanə ... SİYAHI - 26 Aprel 2017, 15:51
Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi - 26 Aprel 2017, 15:36
Ailəsində problem olan 26 yaşlı gənc damarlarını doğradı - 26 Aprel 2017, 14:58
Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qaldı, sürücü isə... - 26 Aprel 2017, 14:54
Evini fahişəxana edən şəxs vaxtın bitməsini damda gözləyir - "Xəbərim olmayıb" - 26 Aprel 2017, 14:50
İtin toyunda iştirak edən musiqiçi Aşıqlar Birliyindən qovuldu - VİDEO - 26 Aprel 2017, 14:19
Türkiyənin məşhur universitetində Azərbaycan günü keçirilib - FOTO - 26 Aprel 2017, 14:17
Culiya Roberts Messi və Ronaldo ilə bir arada - FOTOLAR - 26 Aprel 2017, 14:11
Bakının yeni prokuroru kimdir? - DOSYE - 26 Aprel 2017, 14:05
Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib - 26 Aprel 2017, 14:03
Heydər Əliyev Sarayından yenilik: Mobil tətbiq - 26 Aprel 2017, 13:55
Bakıda dənizkənarı məşhur obyektlər sevgililərə qənim kəsilib: "Çəkilişə görə 300 manat verin" - 26 Aprel 2017, 13:42
Cavid Qurbanovun qadın kassirləri işsiz qoydu – Vağzalda YENİLİK - 26 Aprel 2017, 13:33
"Qanunla Prezident Administrasiyası ləğv edilə bilməz" — PA rəsmisi yayılan xəbərlərə aydınlıq gətirdi - 26 Aprel 2017, 13:28
Azərbaycanda bu kişi müğənnilər saçına rəng qoyur - FOTOLAR - 26 Aprel 2017, 13:25
5-ci dəfə evlənən polkovnik danışdı: " İllər idi ki, subay idim" - FOTOLAR - 26 Aprel 2017, 13:14
MTN generalı ilk dəfə ifadə verdi: "Bu adamı həbs edin..." - 26 Aprel 2017, 13:03
"Rabitə işi"ndə fasilə - Vəkillər prosesə gəlmədi - 26 Aprel 2017, 12:52
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10