15:00 Bazar Ertəsi, 18 Noyabr 2019
Maqazin

İlin ən çox qazanan ölü məşhurları: 60 milyon dollar...

17:36, 01.11.201910770
İlin ən çox qazanan ölü məşhurları: 60 milyon dollar...

"Forbes” jurnalı "İlin ən çox qazanan ölü məşhurları”nın siyahısını açıqlayıb.

 

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, 2019-cu ilin siyahısında yer alan 10 nəfəri təqdim edir:

10. Bu il 31 martda öldürülən Nipsi Hassl dünyasını dəyişəndə sərvəti 8 milyon dollar idi. Ölümü ilə gündəm olan sənətçinin 6 ayda sərvətinə 11 milyon dollar əlavə olunub.

9. Üç il öncə vəfat edən ABŞ-lı müğənni Prins varislərinə 1 ildə 12 milyon dollar qazandırıb.

 

8. 57 il öncə 36 yaşında həyata vida edən Merilin Monro 2,1 milyon dollar miras buraxmışdı. Dünyanın ən məşhur ulduzu sayılan Monronun sərvəti son 1 ildə 13 milyon dollar artıb. Onu da bildirək ki, Merilin siyahının ilk onluğunda yer alan tək qadındır.

 

7. "Beatles” qrupunun 1980-ci ildə öldürülən musiqiçisi Con Lennonun bu il yaxınlarına 14 milyon dollar xeyri dəyib.

 

6. 28 il öncə qətlə yetirilən uşaq kitablarının yazarı Dr.Seussun sərvətinə əlavə olunan məbləğ isə 19 milyon dollardır.

 

5. Musiqinin əfsanələrindən biri olan camaykalı Bob Marli 37 il öncə öləndə sərvətinin dəyəri 30 milyon dollar idi. Son bir ildə bir milyard dəfədən çox dinlənilən Marli qulaqlıq və mikrofon satışı edilən brendi sayəsində isə 20 milyon dollar qazana bilib.

 

4. Üç il öncə dünyasını dəyişən ABŞ-lı qolf ulduzu Arnold Palmer reklamları sayəsində son bir ildə 30 milyon dollar sərvət artımı edib.

 

3. Amerikalı karikaturaçı Çarlz Şulz 19 il öncə vəfat edib. Dünyanın ən məşhur cizgi qəhrəmanı "Snoopy”nin yaradıcısı "Peanust” serialının lisenziyası yenilənəndən sonra ailəsinə 38 milyon dollar pul verilib.

 

2. 1977-ci ildə ürəktutmasından ölən Elvis Presli son bir ildə 39 milyon dollar qazanıb. ABŞ-ın Memfis bölgəsindəki malikanəsi Qreyslənd yarım milyon ziyarətçinin axınına uğrayıb. Öləndə sərvəti 19,6 milyon dollar olan müğənninin bugünkü sərvəti isə 300 milyon dolları keçib.

1. Siyahının ilk pilləsində 2013-cü ildən indiyədək 7-ci dəfə zirvədə olan Maykl Ceksondur. O, bir ildə varislərinə 60 milyon dollar qazandırıb. Dinlənmə sayını isə 1,8 milyarddan 2,1 milyarda qaldıran "Popun kralı”nın sərvəti isə son on ildə 2,5 milyard dollar artıb.

 


 


XƏBƏR LENTİ