22:04 Cümə Axşamı, 25 Aprel 2019
Maqazin

İlin ən yaxşı artisti seçildi - FOTOLAR

13:14, 19.11.20121919
İlin ən yaxşı artisti seçildi - FOTOLAR
Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində "American Music Awards" mükafatının təqdimetmə mərasimi baş tutub. Amerika Musiqi Mükafatının versiyasına görə, ilin ən yaxşı artisti kanadalı gənc müğənni Castin Biber seçilib.18 yaşlı müğənni həmçinin ən populyar pop-rok ifaçısı titulunu da qazanıb. Qeyd edək ki, Castin Biber hələ gənc olmasına baxmayaraq, artıq 3 albom təqdim edib və onun bu albomları bütün dünyada 15 milyon tirajla satılıb.Amerikalı müğənni Keti Perri də qadınlar arasında analoji titula layiq görülüb. Kanadadan olan bir başqa müğənni Karli Rey Cepsen isə ən yaxşı debütant nominasiyasında Amerika Musiqi Mükafatını qazanıb.Ən yaxşı hip-hop ifaçısı nominasiyasında kişilər arasında Aşer, qadınlar arasında isə Niki Minaj qalib olublar. Kantri kateqoriyasında müvafiq olaraq, Lük Brayan və Teylor Svift qalib gəliblər.Ən yaxşı alternativ musiqi ifaçısı nominasiyasında isə rok-qrupu "Linkin Park" qalib olub. Rəqs musiqisi nominasiyasında Devid Qetta fərqlənib.Qeyd edək ki, "American Music Awards" 1973-cü ildə təsis edilib və ABŞ-da ən mötəbər musiqi mükafatlarından biridir. Mükafat öz nüfuzuna görə bircə "Qremmi"dən geri qalır. Mükafat kommersiya uğuruna, yəni satılan albomların həcminə əsaslanaraq, təqdim edilir. Qaliblər isə pərəstişkarların səsverməsi yolu ilə müəyyənləşdirilir.
XƏBƏR LENTİ