12:00 Bazar Günü, 18 Noyabr 2018
DÜNYA

İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək 8 aylıq uşağını oğurladılar

11:15, 18.10.20182689
İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək 8 aylıq uşağını oğurladılar
Braziliyanın cənub-şərqindəki Joao Pinheiro şəhərində, bir ağaca tikanlı tellərlə bağlanan gənc qadının qarnı kəsilərək səkkiz aylıq uşağı oğurlanıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, 23 yaşlı Mara Kristiana da Silva bir ağaca bağlanaraq, qarnı bıçaqla kəsilib. 

Tükürpədən olaydan sonra polis əməkdaşları gənc qadının cəsədini yol kənarında ağaca bağlanmış halda tapıblar.

Ana olmağa hazırlaşan qadını oğurlayıb öldürən və uşağını oğurlayanların kimlikləri məlum olub. Onlar, Angelina Rodrigues və əri Roberto Qomes da Silvadır.

Mara Kristiananı öldürən Angelina Rodrigues qucağında uşaqla Sao Lucasdakı bir xəstəxanaya tələsib, yeni doğuş edildiyini deyərək həkimlərdən kömək istəyib.

Ancaq bir gün sonra, cəsədin tapılmasından sonra araşdırmaya başlayan polis qısa zamanda həqiqəti üzə çıxarıb. Qatil qadın polisə bütün etdiklərini etiraf edib.

Polis qətl zamanı Angelina Rodrigue və ərinin yanında üçüncü bir şəxsin də olduğunu təxmin edir.
XƏBƏR LENTİ