xari

Çində ilk yerli koronavirus dərmanı təsdiqləndi

SAĞLAMLIQ
14:54 31.12.2020
356
Çin Milli Tibbi Məhsullar Administrasiyası "Sinopharm” dövlət şirkətinin təqdim etdiyi koronavirusa qarşı yeni peyvənd dərmanını şərti təsdiq edib.

 "China National Biotech Group” şirkəti tərəfindən ərsəyə gətirilən dərman klinik sınaqlar zamanı 79,34 faizlik nəticə göstərərək həm yerli, həm də beynəlxalq standartlara uyğundur.

"AP” xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası komissar müavini Çen Şifei mətbuatla görüşü zamanı dərmanla bağlı tədqiqatların hələ davam etdiyini, bazara çıxarılandan sonra qeydə alınacaq mənfi halların nəzərə alınacağını bildirib.

Qeyd edək ki, Çin hökuməti fevral ayında qeyd olunacaq ay təqvimli Yeni il bayramınadək 50 milyon sakini peyvənləmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR