01:37 Bazar Günü, 27 May 2018
TOP4

“İndigo Print House” Azərbaycana analoqu olmayan yeni avadanlıq gətirdi - FOTOLAR

13:00, 24.02.20185240
“İndigo Print House” Azərbaycana analoqu olmayan yeni avadanlıq gətirdi - FOTOLAR

Azərbaycanda keyfiyyət və qənaət sloqanı altında fəaliyyət göstərən "İndigo Print House” ölkə üzrə daha bir yeniliyə imza atıb.

 

AZXEBER.COM xəbər verir ki, şirkət ötən gün Azərbaycanda analoqu olmayan "Xeikon 3030” markalı avadanlığın Digital etiket çapını media nümayəndələrinə və ictimaiyyətə təqdim edib.


"İndigo”nun mətbəəsində baş tutan təqdimat mərasimində çıxış edən şirkətin direktoru Tariyel Salahov bütün qonaqları salamlayaraq sözügedən avadanlığın sürətli və çoxtirajlı olmasının müştərilər üçün əlverişli imkanlar yaradacağını deyib:


"MDB və Avropa ölkələrində təcrübə keçmiş 100-dən çox ixtisaslı menecerlərinin, dizaynerlərin, çapçılar və servis mühəndislərinin çalışdığı "İndigo” artıq növbəti yeniliyə imza atdı. Bütün qonaqlarımız yeni avadanlığımızla yaxından tanış ola bilərlər. Bu avadanlıq sürətli mətbəəçiliyin inkişafında əvəzsiz rola malikdir”.


Daha sonra şirkət əməkdaşları qonaqları və media nümayəndələrini yeni təqdim edilən "Xeikon 3030” markalı avadanlıq ilə yaxından tanış edib, onun texniki imkanları haqqında məlumatlar veriblər.


Qeyd edək ki, "İndigo Print House” Azərbaycanda fəaliyyət göstərən və ən qabaqcıl mətbəəçilik sistemini ölkəmizdə tədbiq edən əsas brenddir. Məşhur istehsalçıların yeni, daha müasir mətbəə təchizatlarını ölkəmizə gətirən şirkət sürətli və keyfiyyətli çap işində illərdir ki rəqibsizliyi özünün əsas hədəfinə çevirə bilib.

 






 

















XƏBƏR LENTİ