21:19 Cümə, 19 Iyul 2019
Bütün Xəbərlər

'İndiyə qədər belə ikili standartların şahidi olmamışam' - İTTİHAM

14:19, 27.06.2012871
'İndiyə qədər belə ikili standartların şahidi olmamışam' - İTTİHAM
Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun hüquqi məsələlər və insan haqları komitəsinin yığıncağı keçirilib.
 AzərTAc-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaq barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində deyib: “Komitə üzvləri Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılması ilə bağlı aparılan müzakirələrdə mövqelərini bildiriblər. Səsvermə nəticəsində 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə olduqlarını ifadə ediblər. Əlbəttə, həmin məruzəyə biz mövqeyimizi bildirəcəyik. Bu, hələ ilkin mərhələdir. Amma komitə tərəfindən bu cür münasibətin bildirilməsi onu göstərir ki, vaxtilə bizdə bir-iki nəfər ölkəmizə qarşı sərt mövqelərdən çıxış edirdilər. İndi isə fikirlər bölündü. İki nəfərin bu tərəfə, iki nəfərin isə o tərəfə olması heç də real söhbət deyil. Əslində, ciddi müzakirələr AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında aparılacaq. Həmin vaxt Azərbaycan tərəfi qəti şəkildə mövqeyini bildirəcək.Sonda bildirmək istəyirəm ki, komitənin yığıncağı bir daha Azərbaycana qarşı ikili standartlardan yanaşmanı əyani şəkildə sübuta yetirib. Burada vacib fakt ondan ibarətdir ki, AŞPA-nın ən əsas hüquqi məsələlər və insan haqları komitəsi yaxşı başa düşür ki, bu ikili yanaşmadır. Mən neçə illərdir ki, AŞPA-nın sessiyalarında iştirak edirəm. İndiyə qədər belə ikili standartların şahidi olmamışam. Ona görə də komitə üzvələrinin irəli sürdükləri bir neçə bənd keçmədi. Açığını deyim ki, bu, birbaşa Azərbaycana qarşı təsir formasıdır”.
XƏBƏR LENTİ