14:22 Cümə Axşamı, 21 Iyun 2018
İDMAN

İngilislər üçün formal oyun və ya erkən finalın ikinci raundu

19:39, 05.03.20182199
İngilislər üçün formal oyun və ya erkən finalın ikinci raundu

Sabah Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start veriləcək.

AZXEBER.COM apasport-a istinadən xəbər verir ki, iki gün ərzində baş tutacaq 4 görüşün 3-də İngiltərə təmsilçisi meydana çıxacaq.

Ancaq bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final hesab edilən PSJ - "Real" mübarizəsində kimin yoluna davam etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstünlüklə yollanıb. Üstəlik, nəzərə alaq ki, PSJ-nin lideri Neymar zədə ucbatından qarşılaşmanı buraxacaq. "Real"da isə aparıcı yarımmüdafiəçilər Luka Modriç və Toni Kroosun iştirakı sual altındadı.

İkinci günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə "Porto"nun qapısından 5 cavabsız top keçirən "Liverpul" üçün doğma azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyır.

Həmçinin bir gün sonra meydana ayaq basacaq İngiltərənin digər təmsilçisi "Mançester Siti" də "Bazel"lə cütün taleyini ilk dueldə həll edib. Premyer Liqada çempionluğa doğru inamla addımlayan və Çempionlar Liqasının favoritləri arasında göstərilən "şəhərlilər" indidən 1/4 final barədə düşünə bilərlər.

Adalılardan yalnız "Tottenhem"i çətin sınaq gözləyir. ÇL-in son finalçısı "Yuventus"la qarşılaşacaq londonlular da müəyyən üstünlüyə malikdilər. Hər halda, səfərdən qollu heç-heçə ilə dönən "Tottenhem" evdə fərqlənməsə belə, qapısını toxunulmaz saxlamaqla mübarizəni davam etdirə bilər.

Çempionlar Liqası - 1/8 final (cavab oyunları)

 

6 mart

23:45. "Liverpul" (İngiltərə) - "Porto" (Portuqaliya)
İlk oyun - 5:0

23:45. PSJ (Fransa) - "Real" (İspaniya)
İlk oyun - 1:3

7 mart

23:45. "Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə)
İlk oyun - 4:0

23:45. "Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya)
İlk oyun - 2:2

XƏBƏR LENTİ