İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda!

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda!
İQTİSADİYYAT
11:59 08.01.2020
4145
Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, yeni ilin başlanğıcı lider mobil operator Azercell Telekom-un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu. Belə ki, 8 yanvar 2020-ci il tarixindən etibarən Azercell-in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi "Mobil Ödəmə" xidməti bütün fakturasız xətt (SimSim) abunəçiləri üçün mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin ölkədə "Rəqəmsal Ödənişlərin Genişləndirilməsini üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan "Mobil Ödəmə" xidmətindən yaralanmaq mümkündür.

Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.

Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in "KABİNETİM" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "KABİNETİM" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.

Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq olmamalıdır.

 "Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb. Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklarından biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək " – deyə, PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.

"Mobil Ödəmə" Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib