22:02 çərşənbə, 16 Oktyabr 2019
DÜNYA

İnquşetiya prezidentinin növbəti oğlu oldu

14:00, 17.01.2013798
İnquşetiya prezidentinin növbəti oğlu oldu

Yunusbek Yevkurovun 4-cü övladı doğulub

İnquşetiya prezidenti Yunusbek Yevkurovun ailəsində daha bir oğlu dünyaya gəlib. ANS PRESS-in "KP” saytına istinadən verdiyi məlumata görə, bu, Yevkurovun 4-cü övladıdır. Artıq İnquşetiya dövlət başçısının 3 oğlu və 1 qızı var. Onun sözlərinə görə, körpəyə adı onun bacı-qardaşları qoyacaqlar. Prezident körpənin doğumunu qeyd etməyəcəklərini bildirib. O, deyib ki, hazırda işləri olduqca çoxdur: “İndi yeni FHN mərkəzinin açılışı olacaq. Ora gedirik. Körpənin doğulması isə adi haldır”. Sonda Y. Yevkurov deyib ki, onlar 4 uşaqla kifayətlənməyi düşünmürlər.

XƏBƏR LENTİ