02:49 Bazar Günü, 18 Avqust 2019
İDMAN

"İnşallah, əsəbiləşmərik" - Qurban Qurbanov

21:44, 30.07.20195081
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının II təsnifat mərhələsində "Dundalk"la sabahkı cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
 
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da, hamı sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq.

- Zədəlilərin son durumu necədir?

- Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir.

- Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdir?

- Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin "18-lik"də olmaq şansı var. Start heyətində olmayacaqlar.

- "Dundalk"ın ilk oyundakı çıxışına əsasən taktikada hansısa dəyişiklik etməyi düşünürsünüzmü?

- Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdir. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik

- İrlandiya millisinin baş məşqçisi bildirib ki, "Qarabağ" əsəbi oynayacaq...

- İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdır. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var.

- Sizcə, "Neftçi" "Arsenal" səddini keçə bilərmi?

- İnşallah, keçər. Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar

- İspaniya mətbuatı "Estremadura" və "Malaqa"nın Mahir Emreli ilə maraqlandığını yazıb. Bu, nə dərəcədə doğrudur?

- Hazırda oyuna hazırlaşırıq. Matçdan sonra bütün suallara cavab vermək olar.

- Növbəti mərhələdəki potensial rəqib barədə nə düşünürsünüz?

- Hamımızın düşüncəsi sabahkı oyundur. Niyyətimiz sabah qələbə qazanmaq və bu turnirdə davam etməkdir. Bu yarışa qoşulmuşuqsa, düşüncəmiz mübarizəni davam etdirmək
XƏBƏR LENTİ