23:31 Bazar Ertəsi, 24 Iyun 2019
Maqazin

"İnstagram"da fenomenə çevrilən azərbaycanlı qız: Onu dünya ulduzları da izləyir - FOTOLAR

14:27, 10.06.20196775

Azərbaycanlı fitnes-model dünya ulduzlarının sevimlisinə çevrilib.
Uzun illərdir Ukraynada yaşayan, Bakıda anadan olmuş məşhur bodibilder Bahar Nəbiyevanın sosial şəbəkədə 3 milyona yaxın izləyicisi var. 

Nəbiyeva trenajorlarla məşğul olur və özünün nazik bel, cazibəli omba və ayaqları ilə tanınmış pozasında şəkil çəkdirməyi də unutmur.

Onu da dünyada məşhurlaşdıran məhz bədən quruluşudur. 

Xatırladaq ki, Bahar Nəbiyevanın 25 yaşı var. Onun atası azərbaycanlı, anası isə ukraynalıdır. O, Bakıda anadan olub və sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb. Hazırda Alfred Nobel adına Dnepropetrovsk Universitetində təhsil alır.

Nəbiyevanın sosial şəbəkələrdəki paylaşımlarını təkcə sadə istifadəçilər deyil, dünya şöhrətli məşhurlar da izləyir. Dünya şöhrətli ifaçılar Lil Wayne və 50 Cent dəfələrlə onun şəkillərinə, ona heyran olduqlarını bildirən şərhlər yazıblar.

 

 

 

 

 

 


XƏBƏR LENTİ